Ermənilər işğal olunmuş Azərbaycan torpaqlarında təlim keçirlər
09 mart 2020 15:12 (UTC +04:00)

Ermənilər işğal olunmuş Azərbaycan torpaqlarında təlim keçirlər

0


Ermənilər işğal olunmuş Azərbaycan torpaqlarında hərbi təlimlərə başlayıb. 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ermənistan Silahlı Qüvvələri qoşunların qarşıdurma xəttinin Ağdam istiqamətində iri miqyaslı hərbi təlimlər keçirir. Təlimlər Ağdamın işğal altında olan Uzundərə adlanan ərazisinə aparılır. 

Təlim zamanı ağır artilleriya qurğularından istifadə olunur. Atəş səsləri rayonun bütün yaşayış məntəqələrindən eşidilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 988

Oxşar yazılar