Tovuz sakini ehtiyyatsızlıqdan ağır xəsarət alıb.
APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb.
1975-ci il təvəllüdlü Haqverdiyev Fariz yaşadığı evdə çardaq düzəldən zaman hündürlükdən yıxılıb. 45 yaşlı kişi dərhal xəstəxanaya yerləşdirilib. Xəstəyə bel fəqərəsinin qırığı diaqnozu qoyulub.
Vəziyyəti kafi qiymətləndirilir