Rusiyada adam öldürməkdə təqsirləndirilən və İnterpol xətti ilə axtarışa verilən Anar Xubayevlə bağlı yeni xəbər var. Lent.az-ın araşdırmasına görə, Xubayev hələ 8 il əvvəl Saratov rayonunun Voljsk rayonunda bir qrup şəxslə birgə kazinoya basqın edib. O, Nerses Usnuns və Mənsur Zəkəriyevlə birgə travmatik silah işlətməklə Bolşaya Qornaya küçəsindəki kazinoya soxulublar. Onlar kassada olan 223 min rubl pulu (o vaxtkı məzənnəylə 7500 manat) götürərək aradan çıxıblar. Bir müddət axtarışdan sonra yerli polis onları saxlaya bilib. Voljsk rayon məhkəməsi Usnuns və Zəkəriyevi 6, Xubayevi 5 il müddətinə azadlıqdan məhrum edib.
Xubayev cəzasını tam çəkdikdən sonra 2017-ci ildə həbsdən çıxıb.
Xatırladaq ki, Rusiya hüquq-mühafizə orqanları adam öldürməkdə təqsirləndirilən azərbaycanlını İnterpol xətti ilə axtarışa verib.APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunub ki, Gürcüstanın Marneuli rayonunda anadan olan, 1988-ci il təvəllüdlü Anar Xudayev qəsdən adam öldürmə və silahlı basqın cinayətlərində təqsirli bilinir.
Rusiya hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.
10:46
Rusiya hüquq-mühafizə orqanları adam öldürməkdə təqsirləndirilən azərbaycanlını İnterpol xətti ilə axtarışa verib.
APA-nın məlumatına görə, bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.