Bakının Nəsimi rayonunda telefon mağazalarından oğurluq edilib.
Lent.az DİN-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, rayonu ərazisində 2 mağazadan ümumilikdə 6650 manat dəyərində 14 ədəd mobil telefon oğurlanıb.
Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsi və Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Gəncə şəhər sakini R.Qasımov saxlanılıb. Digər 1 nəfərin isə şəxsiyyəti müəyyən edilib.