Bakıda “Mercedes”in vuraraq öldürdüyü piyadanın kimliyi məlum olub - FOTO - YENİLƏNİB
13 mart 2020 05:09 (UTC +04:00)

Bakıda “Mercedes”in vuraraq öldürdüyü piyadanın kimliyi məlum olub - FOTO - YENİLƏNİB

 

Bakıda yol qəzasında ölən piyadanın kimliyi məlum olub.

APA xəbər verir ki, “Mercedes” markalı avtomobilin vurduğu həmin şəxs İlqar Abbasovdur.

***

00:06

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Heydər Əliyev prospektinin Nərimanov rayonu ərazisinə düşən hissəsində qeydə alınıb.

Hələlik kimliyi məlum olmayan ortayaşlı kişi piyada üçün müəyyən edilməmiş hissədən yolu keçərkən “Mercedes” markalı avtomobil tərəfindən vurulub. Piyada hadisə yerindəcə keçinib.

Qeyd edək ki, hadisənin baş verdiyi yolda (Heydər Əliyev prospektinin “Koroğlu” metro stansiyasından şəhər istiqamətinə gələn hissəsində) avtomobillərin hərəkət məhdudlaşdırılıb.

 

 

# 2415
avatar

Oxşar yazılar