Zaqatalada zavoddan oğurluq edilib.
DİN-in Mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, rayon ərazisindəki zavodların birindən 20.000 manat dəyərində fındıq ləpəsi oğurlanıb.
Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Kebeloba kənd sakinlərindən M.Tahirov saxlanılıb, daha 2 nəfərin şəxsiyyətləri müəyyən edilib.
Əməliyyat-axtarış tədbirləri davam etdirilir.