Avropa Parlamentinin prezidenti David Sassoli karantində olacaq.
APA-nın xəbərinə görə, bu barədə Avropa Parlamentinin prezidenti açıqlama yayıb.
Açıqlamada bildirib ki, İtaliya hökumətinin bütün ölkəni əhatə edən karantin qərarı İtaliyadan olan parlamentarilərin də davranışlarına ciddi təsir edəcək.
“Ötən həftəsonu İtaliyada olduğum üçün qərara aldım ki, sağlamlıq protokoluna uğun olaraq 14 gün ərzində Avropa Parlamentinin prezidenti kimi fəaliyyətimi Brüsseldəki evimdən davam etdirəcəyəm. COVID-19 hər kəsdən məsuliyyətli və diqqətli olmağını tələb edir. Bu hamımız üçün həssas bir məqamdır. Parlament öz vəzifələrini icra etdirməyə davam edəcək. Heç bir virus demokratiyaya mane ola bilməz”, - deyə açıqlamada qeyd olunub.