5 toy sahibi ilə bağlı İNZİBATİ CƏZA
05 avqust 2021 09:12 (UTC +04:00)

5 toy sahibi ilə bağlı İNZİBATİ CƏZA

Ucarda karantin qaydalarının pozulduğu beş toy məclisi aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Lent.az-a verilən məlumata görə, Ucar rayon Polis Şöbəsinin əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə keçirdikləri tədbirlər nəticəsində rayonun Bağman, Məlikballı, Təzə Şilyan, Qazıqumlaq və Xələc kəndlərində yerləşən 5 fərdi yaşayış evində keçirilən toy məclislərində pandemiya tələblərinin pozulduğu və normadan artıq qonağın iştirak etdiyi aşkarlanıb.

Məclis sahibləri ilə izahedici söhbətlər aparılıb və yol verdikləri qayda pozuntularına görə onlar inzibati qaydada məsuliyyətə cəlb olunublar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1467
avatar

Mehman Nəbiyev

Oxşar yazılar