Rusiyanın Tver şəhərində telefon mağazasından oğurluq edən azərbaycanlı saxlanılıb.
Lent.az-ın yerli KİV-ə istinadən verdiyi məlumata görə, azərbaycanlı mağazadan dəyəri 180 rubl ( təxminən 5 manat) olan USB kabeli oğurlayıb. Dərhal məhkəmə qarşısına çıxarılan şəxs 1000 rubl ( təxminən 25 manat) cərimələnib.