Moskvada iki milis işçisini öldürən azərbaycanlı 25 ildən sonra həbs edilib.
Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, Oleq Babayev adlı azərbaycanlı 1995-ci ildə Moskvada serjant Aleksandr Kozırev və sıravi Qriqori Aleksandrovu güllələyib.
Bir müddət sonra müstəntiqlər qətldə şübhəli bilinən Oleq Babayevin izinə düşə biliblər. Amma onu ələ keçirmək mümkün olmayıb. Məlum olub ki, Babayev uzun müddət Azərbaycanda gizlənib. Hələ üstəlik bir müddət qarətə görə Azərbaycanda həbsxanada belə yatıb. Həbsxanadan çıxdıqdan sonra isə adını və soyadını dəyişərək Pavel Ulovskiyə çevrilib
Yenidən Rusiyaya qayıdan Oleq Babayevin izinə düşən polis onu həbs edə bilib.