2 “Prius” toqquşdu, sürücülər xəsarət aldı -FOTO
21 oktyabr 2022 02:02 (UTC +04:00)

2 “Prius” toqquşdu, sürücülər xəsarət aldı -FOTO

Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi zamanı 2 nəfər xəsarət alıb.

Lent.az APA-ya istinadla xəbər verir ki, qəza İzzəddin Həsənoğlu və Təbriz küçələrinin kəsişməsində baş verib.

Mübariz Nəbiyev idarə etdiyi “Toyota Prius” markalı avtomobillə Həsənoğlu küçəsində düz istiqamətdə hərəkətdə olub. Bu zaman Təbriz küçəsi ilə hərəkətdə olan Rüfət Babayev idarə etdiyi “Toyota Prius”la yüksək sürətlə kəsişmədə M.Nəbiyevin nəqliyyat vasitəsinə çırpılıb. Qəza nəticəsində M.Nəbiyev ağır, R.Babayev isə nisbətən yüngül bədən xəsarətləri alıb. Yaralıları xəstəxanaya aparılması üçün əraziyə təcili tibbi yardım avtomobili gəlib. 

Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları nəqliyyatın hərəkətində çətinlik yaranmaması üçün tənzimləmə işləri aparıb.

Faktı Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.
 

# 1833
avatar

Oxşar yazılar