2 “Kamaz” toqquşdu, daşlar yola töküldü -FOTO
23 oktyabr 2022 00:49 (UTC +04:00)

2 “Kamaz” toqquşdu, daşlar yola töküldü -FOTO

0

Goranboyda  yol-nəqliyyat hadisəsi baş verib.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, hadisə  Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
Hərəkətdə olan iki yük avtomobili toqquşub. Nəticədə yük maşınlarından biri yoldan çıxaraq aşıb, bir nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Qəza zamanı digər maşının yük yerində olan mişar daşları yola dağılıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.Faktla bağlı araşdırma aparılır. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2502

Oxşar yazılar