Şamaxı rayonunda intihar hadisəsi olub.
Lent.az-ın APA-ya istinadla xəbərinə görə, hadisə bu gün saat 12 radələrində rayonun Kiçik Xınıslı kəndində qeydə alınıb.
Kənd sakini, 15 yaşlı Əzimova Zeynəb Arif qızı yaşadığı evin həyətindəki yardımçı tikilidən özünü kəndirlə asıb. Ailə üzvləri hadisədən gec xəbər tutduğu üçün uşağın həyatını xilas etmək mümkün olmayıb.
Yeniyetmə qızın özünə qəsd etməsinin səbəbi hələ ki məlum deyil.
Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.