Kür çayında 11 gün əvvəl batan şəxsin meyiti tapılıb.
Lent.az xəbər verir ki, iyulun 20-si saat 15 radələrində Kür çayının Yevlax şəhəri ərazisindən keçən hissəsində suda üzərkən batan Bərdə şəhər sakini, 1987-ci il təvəllüdlü Sənan Əliyevin meyiti Bakı-Qazax avtomobil yolunun Yevlax şəhərinə giriş hissəsində, Kür çayının üzərindən keçən körpünün alt tərəfinə yaxın ərazidə aşkar edilib.
Faktla bağlı Yevlax rayon prokurorluğunda araşdırma aparılır.