Rusiyada on yaşlı uşaq anasının yeni avtomobilini qaçıraraq qəzaya düşüb.
Lent.az yerli KİV-ə istinadla xəbər verir ki, hadisə Ulan-Ude şəhərində baş verib.
Saxyanova küçəsi ilə işıqları sönmüş halda hərəkət edən “Mazda” markalı avtomobili görən yol polisi əməkdaşları dayanmağı tələb etsə də, sürücü hərəkətini davam etdirib. Sürücünün uşaq olduğunu anlayan polis maşını müşayiət etməyə başlayıb.
Ət Kombinatı ərazisində uşaq idarəetməni itirərək dirəyə çırpılıb. Anası və yetkinlik yaşına çatmayanlarla iş şöbəsinin inspektoru hadisə yerinə yola düşüb. Məlum olub ki, oğlan heç nə soruşmadan maşının açarını götürüb və şəhəri gəzməyə çıxıb. Onunla və anası ilə profilaktiki söhbət aparılıb.