DİN ölkədə baş vermiş cinayətlərin statistikasını açıqladı
İyulun 31-də daxili işlər orqanlarının cari ilin birinci yarısında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətinin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, iclası giriş sözü ilə açan daxili işlər naziri Ramil Usubov bildirib ki, cinayətlərin qarşısının alınması və açılması, ictimai asayişin təmini sahəsində əvvəlki illərin müsbət nəticələri inkişaf etdirilmiş, insan hüquq və azadlıqlarının qorunması işi daha da yaxşılaşmış, kriminogen durum nəzarətdə saxlanılıb. Sahəvi xidmətlərin, orqan və hissələrin yeni informasiya texnologiyaları ilə təmin olunması, şəxsi heyətin sosial müdafiəsinin və iş şəraitinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilib.
Daxili işlər nazirinin müavini, polis general-leytenantı Vilayət Eyvazov geniş məruzə ilə çıxış edib. Hesabat dövründə qarşıda duran başlıca vəzifələrdən biri cinayət və hadisələr barədə məlumatlara operativ və məqsədyönlü reaksiya verilməsi olmaqla, vətəndaşların polis orqanlarının növbətçi hissələrinə etdikləri 77.000 müraciət üzrə qanuni tədbirlər görülüb, «102» xidməti tərəfindən məişət zəminində baş vermiş 4000 hüquqazidd əməlin qarşısı alınıb, 7 mindən çox vətəndaşa hüquqi yardım göstərilməsi təmin edilib. «Təhlükəsiz Şəhər» sisteminin imkanlarından daha səmərəli istifadə edilib və aşkarlanmış hadisələrin sayı ötən ilin 6 ayı ilə müqayisədə 1,5 dəfə yaxud 1264 fakt çox olub. Nəticədə 3473 yol-nəqliyyat hadisəsi, 258 ictimai asayişin pozulması, 79 avtoxuliqanlıq, 41 yanğın, axtarışda olan 61 avtomobil və s. müəyyən edilib, 28 cinayətin üstü açılıb. Qanunsuz saxlanılan 582 odlu silah, 26 mindən çox sursat götürülüb. Həyata keçirilən kompleks tədbirlər cinayətlərin, onların müxtəlif növlərinin, habelə ayrı-ayrı subyektlərinin kriminal aktivliyinin azalması, bütövlükdə əməliyyat-xidməti fəaliyyətdə pozitiv nəticələrin əldə edilməsi ilə səciyyəvi olub. Hesabat dövründə daxili işlər və prokurorluq orqanları üzrə qeydə alınmış cinayətlər 1,5 faiz, onların strukturunda qəsdən adam öldürmə və ona cəhdlər 3,8 faiz, odlu silahın tətbiqilə törədilənlər 15,9 faiz, quldurluqlar 33,3 faiz, soyğunçuluqlar 3,5 faiz, oğurluqlar 18,4 faiz, cibgirliklər 28 faiz, yol-nəqliyyat hadisələri 6,3 faiz azalıb. Həmçinin yetkinlik yaşına çatmayanların hüquqazidd əməlləri 7,2 faiz, qrup halında baş verən cinayətlər 5,8 faiz, o cümlədən əvvəllər məhkum olunmuşlardan ibarət qrupların törətdiyi cinayətlər 25,3 faiz az olub.
Nazir müavini vurğulayıb ki, bütün uçot subyektləri üzrə 11.953 cinayət qeydə alınıb və onların 95 faizi (11.343-ü) daxili işlər və prokurorluq orqanlarının səlahiyyətləri çərçivəsində istintaqı və təhqiqatı aparılan hüquqazidd əməllər olub. Təsnifatına görə həmin cinayətlərin 89 faizini böyük ictimai təhlükə törətməyən və az ağır, yalnız 11 faizini ağır və xüsusilə ağır növlər təşkil edib. Cinayətlərin açılması 3,8 faiz yaxşılaşaraq 87,2 faizə yüksəlmiş, açılmış cinayətlərin sayı 10 faiz və ya 861 fakt çox olub. Bununla yanaşı, ağır və xüsusilə ağır cinayətlərin açılması 7,5 faiz, qəsdən adam öldürmələrin açılması 8,9 faiz, hədə-qorxu ilə tələb etmələrin açılması 12,5 faiz, quldurluqların açılması 4,9 faiz, soyğunçuluqların açılması 8,1 faiz, oğurluqların, o cümlədən cibgirliklərin açılması müvafiq olaraq 10,2 və 14,3 faiz, bütövlükdə mülkiyyət əleyhinə cinayətlərin açılması 10,5 faiz yaxşılaşıb. Prokurorluq orqanları ilə birgə keçmiş illərdən bağlı qalmış 212, habelə əməliyyat planlarının vaxtında tətbiqi nəticəsində «isti izlərlə» 487, elmi-texniki vasitələrlə 1796 cinayət açılıb. Bu işdə vətəndaşların da rolu böyük olub və onlar 2000-dən çox cinayətin açılmasında yaxından iştirak edib. Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 1030 nəfəri birləşdirən 396 cinayətkar qrup, eləcə də 49 nəfərdən ibarət 9 mütəşəkkil dəstə zərərsizləşdirilib, qanunsuz odlu silah saxladığına və daşıdığına görə 55 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Təqsirləndirilən şəxslərin axtarışında da müsbət təmayül qeydə alınıb və bu işin göstəricisi 2,8 faiz yaxşılaşaraq hesabat dövründə 51,2 faiz təşkil edib. Yerli, dövlətlərarası və beynəlxalq axtarışda olan 1053, o cümlədən MDB və digər xarici ölkələrdə gizlənmiş 47 təqsirləndirilən şəxs tutulub, İnterpolun Milli Mərkəzi Bürosu tərəfindən 48 nəfərin və bu təşkilata üzv ölkələr tərəfindən axtarılan 23 şəxsin yeri müəyyənləşdirilib. Transmilli mütəşəkkil cinayətlərdən olan narkotrafikə və insan alverinə qarşı mübarizədə görülən işlər də davamlı olub. Qanunsuz dövriyyədən 317 kiloqramdan çox narkotik vasitə çıxarılıb, 63 nəfərdən ibarət 26 cinayətkar qrup və dəstə zərərsizləşdirilib, 27 kiloqram narkotikin qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilməsinin qarşısı alınıb. “Xaş-xaş” əməliyyat-profilaktik tədbirləri çərçivəsində ümumi çəkisi 236 tona yaxın narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilib.

493