
Ucarda yol qəzası: 7 yaralı
APA-nın Mərkəzi Aran bürosunun məlumatına görə, hadisə bu gün səhər 08.30 radələrində yolun 239-cu kilometrliyində Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb. Bakı istiqamətində hərəkət edən “04-BD-102” dövlət nömrə nişanlı “VAZ -21011” markalı minik maşını ilə əks istiqamətdə hərəkət edən “10-MJ-817” dövlət nömrə nişanlı “VAZ-2107” markalı minik maşını toqquşub. Nəticədə hər iki maşın yararsız hala düşüb. Hadisə zamanı Ucar rayon sakinləri Nağıyev Sabit Paşa oğlu (1973), Kərimov Yasin Məhəmməd oğlu (1953), Mikayılov Məmməd Məhəmməd oğlu (1951), Kərimov Sabit Yasin oğlu (1958), Məmmədov Bayram Əşrəf oğlu (1977), Mingəçevir şəhər sakinləri Xasməmmədov Vüqar Mürsəl oğlu (1977) və Abdullayev Sirac Qələmşah oğlu (1982) bədən xəsarətləri ilə Ucar rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Faktla bağlı araşdırma aparılır.
Oxşar yazılar

Sumqayıtda kürəkən qayınatasını küçədə öldürdü
12 iyul 2025 , 04:40
İctimai fəal Anar Abdullayev həbs edildi
12 iyul 2025 , 01:42
Yevlaxda DƏHŞƏT: Ögey qardaşını öldürdü
12 iyul 2025 , 01:28
Şirvanda 23 yaşlı gənci bıçaqladılar
11 iyul 2025 , 21:25
Ermənilərin əsir və girov saxladığı şəxslər ifadə verdi - MƏHKƏMƏ
11 iyul 2025 , 21:18
Cadugərlikdə ittiham edib qonşusunu vəhşicəsinə öldürdü
11 iyul 2025 , 19:59
Bakıda kişi kirayə yaşadığı evdə ÖLÜ TAPILDI
11 iyul 2025 , 19:33