Bodrumda terror aktının qarşısı alınıb
23 sentyabr 2011 18:05 (UTC +04:00)

Bodrumda terror aktının qarşısı alınıb

Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, polisin sentyabrın 22-dən 23-ə keçən gecə Muğlanın Bodrum rayonunda Cümhuriyyət küçəsində yerləşən pansionatda apardığı əməliyyat zamanı idman çantasının içərisində uzaqdan işə salınma mexanizminə malik olan 2,14 kiloqram ağırlığında partlayıcı tapılıb.


Pansionatda əvvəllər Antalyada partlayış olayında iştirak edən PKK terror təşkilatının bir üzvü saxlanılıb. Onun Bodruma 1 gün əvvəl gəldiyi və Cümhuriyyət küçəsində kəşfiyyat apardığı üzə çıxıb. Terrorçunun otağında 7 min dollar və iki saxta pasport da aşkarlanıb.

Bu il avqustun 28-də Antalyanın Kəmər rayonunda çimərlikdə meydana gələn və bəzi turistlərin yüngül yaralanmasına səbəb olan partlayışı da məhz bu terrorçunun törətdiyi açıqlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 584

Oxşar yazılar