“Sərhəd-2011” şərti adı altında keçirilən əməliyyatlar davam edir
Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat tədbirləri nəticəsində Qusar rayonu ərazisindən 1 ədəd “Naqan” tipli tapança, 4 ədəd ov tüfəngi, 1 ədəd fişəng, 1 ədəd qumbara, 1 ədəd qumbara alışdırıcısı və 347 ədəd müxtəlif çaplı patron, Şəki rayonunun Vərəzət kəndi ərazisindən 1 ədəd “AKM” silahı, 1 ədəd qaz tapançası, 1 ədəd ov tüfəngi, 5 ədəd qumbara, 5 ədəd qumbara alışdırıcısı və 539 ədəd müxtəlif çaplı güllə tapılıb. Oğuz rayonu ərazisində yabanı halda bitmiş ümumi çəkisi 1 ton 240 kiloqram olan 886 ədəd çətənə kolu yığılaraq məhv edilib. Qax rayonu ərazisindən 1 ədəd “AKS” silahı, 1 ədəd qumbara, 1 ədəd qumbara alışdırıcısı, 64 ədəd güllə və 3 ədəd güllə darağı tapılıb.
“Sərhəd-2011” şərti adı altında keçirilən əməliyyat tədbirləri davam etdirilir.
“Sərhəd-2011” şərti adı altında keçirilən əməliyyat tədbirləri davam etdirilir.
629