Ermənilər bir neçə istiqamətdə atəşkəsi pozublar
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəsi pozmaqda davam edir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildirilib ki, düşmən qüvvələri sentyabrın 22-də saat 12.45-dən 12.55-dək Ermənistan Respublikasının Noyenberyan rayonunun Berdavan kəndində yerləşən mövqelərdən Qazax rayonunun Kəmərli kəndində yerləşən mövqelərimizi, saat 16.50-dən 17.00-dək, 16.30-dan 17.17-dək və 20.15-dən 20.30-dək Ermənistan Respublikasının Berd rayonunun Mosesqerx və Ayqedzor kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağdam, Əlibəyli və Muncuqlu kəndlərində yerləşən mövqelərimizi, saat 14.30-dan 14.35-dək Ağdam rayonunun Mərzili kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 17.00-dan 17.20-dək Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.
Düşmən cavab atəşi ilə susdurulub.

425