ARDNŞ iki bələdiyyənin cəzalandırılmasını tələb edir
Bu gün 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Neft Kəmərləri İdarəsinin Binəqədi rayon və Biləcəri qəsəbə bələdiyyələrinə qarşı iddiası əsasında məhkəmə prosesi başlayıb.
APA-nın xəbərinə görə, prosesdə idarənin nümayəndəsi çıxış edərək, Məlik Aslanov küçəsində inşa edilən beş yaşayış evinin qanunsuz tikildiyini bildirib. O qeyd edib ki, həmin ərazidə yaşayış evlərinin olması vətəndaşların təhlükəsizliyi baxımından düzgün deyil. Həmçinin, həmin evlər idarənin əməkdaşları tərəfindən ərazidən keçən neft borularına nəzarət olunmasını çətinləşdirir. Mənzillərin sahibləri isə evlərin Binəqədi və Biləcəri bələdiyyələrinin icazəsi ilə tikildiyini bildiriblər.
İddia üzrə məhkəmə prosesi oktyabrın 11-də davam etdiriləcək.
Qeyd edək ki, ARDNŞ-nin Neft Kəmərləri İdarəsi Binəqədi rayonunun Məlik Aslanov küçəsində Binəqədi və Biləcəri bələdiyyələri tərəfindən qanunsuz olaraq tikintiyə icazə verildiyini və həmin evlərin sökülməsi barədə iddia ilə 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə müraciət edib. İddiada, həmçinin Binəqədi və Biləcəri bələdiyyələrin idarəyə məxsus ərazidə tikintiyə icazə verdikləri üçün cəzalandırılması da tələb olunub.

488