Bakıda 16 yaşlı oğlan bacısını söyən gənci öldürdü
Sentyabrın 21-də Bakıda qətl hadisəsi törədilib. Xətai rayon Prokurorluğundan Lent.az-a verilənməlumata görə, M.Rüstəmov küçəsində, “Səma” kafesinin yaxınlığında Hacıqabul rayon Navahi qəsəbəsində anadan olmuş, əslən Zəngilan rayonundan olan 1995-ci il təvəllüdlü Məmmədov Məmməd Binnət oğlu, Qaçaq Nəbi küçəsindəki 5 saylı yataqxanada yaşayan 1993-cü il təvəllüdlü Əlizadə Anar Səxavət oğlunu bıçaqlayıb.
İkinci qarın boşluğundan aldığı ağır bıçaq xəsarəti ilə “Azərsutikinti” xəstəxanasına gətirilib. Lakin həkimlər 18 yaşlı oğlanın həyatını xilas edə bilməyiblər.
Lent.az-a verilən digərməlumatda bildirilir ki, 16 yaşlı oğlan A.Əlizadəni bacısı Nigarı söydüyü üçün bıçaqlayıb. Belə ki, tərəflər arasında mübahisə düşüb və A.Əlizadə Məmmədin bacısının ünvanına nalayiq ifadələr işlədib. M.Məmmədov da öz növbəsində bıçağa əl atıb.
Hadisəni törədən yeniyetmə saxlanılıb.
Nizam RZA

462