Azərbaycandan Avropa Məhkəməsinə göndərilən iddiaların cəmi 3 faizi icraata götürülüb
21 sentyabr 2011 18:16 (UTC +04:00)

Azərbaycandan Avropa Məhkəməsinə göndərilən iddiaların cəmi 3 faizi icraata götürülüb

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qurumda təmsil olunmuş ölkələrə dair bu məhkəmə instansiyası tərəfindən çıxarılmış hökm və iddiaların statistikasını açıqlayıb. APA-nın Avropa Məhkəməsinin saytına istinadən verdiyi məlumata görə, ümumi statistika daha çox qeydə alınan pozuntu faktlarını, çıxarılan hökmlərin xüsusiyyətini və qərarları əks etdirir. Statistikaya əsasən, Azərbaycana dair baxılmış işlərin 20 faizi mülkiyyət hüququnun, 19 faizi ədalətli məhkəmə hüququnun pozulması, 13 faizi məhkəmə qərarlarının icra edilməməsi , 12 faizi azadlıq və təhlükəsizlik hüququnun pozulması, digərləri isə başqa hüquqların pozulması ilə əlaqədardır.

Avropa Məhkəməsi müraciətlərlə bağlı hökmlərin 90 faizini iddiaçıların xeyrinə çıxarıb. Statistikada qeyd olunur ki, İnsan Hüquqlar üzrə Avropa Məhkəməsinə Azərbaycandan daxil olan iddiaların cəmi 3 faizi icraata götürülüb, 97 faizi isə qəbul edilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 483

Oxşar yazılar