Qəbələdə dəhşətli intihar
21 sentyabr 2011 17:06 (UTC +04:00)

Qəbələdə dəhşətli intihar

Qəbələ rayonunda dəhşətli intihar hadisəsi baş verib. Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, Kürd kənd sakini, görmə və eşitmə qabiliyyətlərini itirmiş, 1933-cü il təvəllüdlü Həsənov Həsən Ağamir oğlu özünü yaşadığı evin həyətindəki tualetdə öldürüb.

Məlumata görə, 78 yaşlı kişi hər iki biləyini kəsib və kəskin qanitirmədən hadisə yerində ölüb.

İntihar edən şəxsin ürək xəstəliyindən əziyyət çəkdiyi, həmçinin psixi problemlərinin olduğu bildirilir.

Faktla əlaqədar araşdırma aparılır.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 577

Oxşar yazılar