Lənkəran-Lerik şose yolu uçdu
20 sentyabr 2011 19:56 (UTC +04:00)

Lənkəran-Lerik şose yolu uçdu

Bu gün saat 17.00 radələrində Lənkəran-Lerik şose yolunun Lənkəran rayonunun Şovu kəndindən keçən hissəsi dağılaraq yaxınlıdakı çaya tökülüb.

Bu barədə APA-nın cənub bürosuna məlumat verən Lənkəran Şəhər İcra Hakimiyyəti (ŞİH) başçısının Rvo ərazi vahidliyi üzrə nümayəndəsi Oruc Şərbətovun sözlərinə görə, nəticədə iki fərdi yaşayış evini su basıb, eləcə də Lənkəran-Lerik şosesi bağlanıb.

O. Şərbətov yaranmış vəziyyətlə bağlı Lənkəran ŞİH-nin və müvafiq qurumların rəhbərlərinin məlumatlandırıldığını, təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün hazırda kömək gözlədiklərini bildirib.

Qeyd edək ki, yolun uçmasına bir neçə gündür, davam edən leysan yağışlar səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 484

Oxşar yazılar