“Eurovision” təmsilçimiz həbs olundu
20 sentyabr 2011 12:00 (UTC +04:00)

“Eurovision” təmsilçimiz həbs olundu

Bakının Nəsimi rayonunda bıçaqlanma hadisəsi baş verib. Bu barədə APA-ya Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsindən bildirilib.

Hadisə bu gün səhər saatlarında Nəsimi rayonu Mirəli Qaşqay küçəsi, 32 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan Elvin Hüseynov naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Nəsimi polisinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxsin kimliyi müəyyənləşib. Məlum olub ki, E. Hüseynov Azərbaycanı “Eurovision”-da təmsil edən Samir Cavadzadə tərəfindən bıçaqlanıb. S. Cavadzadə saxlanılıb.

Qeyd edək ki, bıçaqlanan E. Hüseynov Samir Cavadzadə ilə birgə 2008-ci ildə Azərbaycanı “Eurovision”-da təmsil edən Elnur Hüseynovun qardaşıdır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 880

Oxşar yazılar