Azərbaycanda çimərlik mövsümündə ölənlərin sayı açıqlandı
20 sentyabr 2011 11:13 (UTC +04:00)

Azərbaycanda çimərlik mövsümündə ölənlərin sayı açıqlandı

Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin ardıcıl fəaliyyəti nəticəsində 2011-ci il yay çimərlik mövsümündə su hövzələrində baş vermiş bədbəxt hadisələrin, boğulma hallarının sayı xeyli azalıb.
Bu il 310 nəfər, o cümlədən iyunun 1-dən sentyabrın 15-dək ölkəmizin su hövzələrində 296 nəfər suda boğularkən xilas olunub. Yay çimərlik mövsümünə hazırlıq işləri ildən-ilə təkmilləşdirilir. Xidmətin yeni, ən müasir standartlara uyğun texnika və avadanlıqlarla təchiz olunması işlərin daha yüksək səviyyədə təşkili üçün imkan yaradıb. Cari ilin yay çimərlik mövsümünə hazırlıq ilin əvvəlindən başlanıb.

Xidmətin əməkdaşları tərəfindən aparılmış təhlillər göstərib ki, baş vermiş bədbəxt hadisələrin böyük əksəriyyəti vətəndaşların məlumatsızlığı və ehtiyatsızlığı, çimərlik üçün nəzərdə tutulmamış yerlərdə çimmə, üzə bilməmələri, suya sərxoş vəziyyətdə daxil olmaları və suda davranışın elementar qaydalarından xəbərsiz olmaları səbəbindən baş verib. Məsələn, bu il su hövzələrində baş vermiş 54 bədbəxt hadisədən (o cümlədən, yay mövsümündə 46) 46 nəfərin boğulma faktı çimərlik üçün yararsız, çimmək üçün qadağan olunmuş su hövzələrində qeydə alınıb. Bunlardan 16 nəfər Xəzər dənizinin qeyri-çimərlik ərazisində, 15 nəfər su kanallarında, 10 nəfər çaylarda, 4 nəfər göllərdə, 1 nəfər su anbarında həlak olub. Bunlardan isə 15 ölüm hadisəsi üzə bilməməklə, 6-sı isə spirtli içki qəbulu ilə bağlıdır.

Bütün bu faktlar əvvəlcədən nəzərə alınaraq, əsas səylər maarifləndirmə məsələlərinə yönəldilib. İşlər bir neçə istiqamətdə planlaşdırılıb həyata keçirilib. Əsas diqqət vətəndaşlar, xüsusilə də gənclər, yeniyetmələr və uşaqlar arasında izahedici və profilaktik tədbirlərə yönəldilib. Keçirilmiş tədbirlərdə əsas məqsəd onların fərdi təhlükəsizliyi, eləcə də xilasetmə işləri sahəsində biliklərinin artırılması, müvafiq vərdiş və bacarıqların aşılanmasından ibarət olub. Digər əsas fəaliyyət istiqaməti isə müxtəlif təbliğat vasitələrindən daha fəal istifadə ilə əlaqədar olub. Müasir üslubda hazırlanmış təbliğat məzmunlu lövhələr, məntəqə və postlarda quraşdırılmış maarifləndirmə guşələri öz səmərəsini göstərib.
Əhali arasında kütləvi təbliğat işlərinin aparılması üçün plakatlar, buklet və broşürlər hazırlanmış, sərnişin nəqliyyatı vasitələrində, o cümlədən Bakı metropolitenin qatarlarında yerləşdirilib. Vətəndaşlarla, respublikanın müxtəlif təhsil müəssisələrində tələbə və şagirdlərlə keçirilmiş çoxsaylı görüşlərdə onlara sularda təhlükəsizlik və davranış qaydaları barədə ətraflı məlumat verilmiş, maarifləndirici materiallar paylanılıb. Eyni zamanda, çimərliklərdən əhalinin çimmək üçün üz tutduğu su hövzələrinin sahilində mövsümi sularda xilasetmə postları təşkil edilib, sularda boğulma hallarının qarşısının alınması üçün digər qabaqlayıcı tədbirlər həyata keçirilib.

Görülmüş işlərin nəticəsi olaraq, 2011-ci il yay çimərlik mövsümündə ölkə ərazisində suda boğulma hallarının sayı ötən illərlə müqayisədə xeyli azalıb, 2010-cu ildəki 93 nəfərə qarşı 54 nəfər təşkil edib. Hazırda Xidmətin müvafiq bölmələrində cari ilin ilkin yekunlarının təhlili aparılır. Əldə edilmiş nəticələr, növbəti ildə su hövzələrində vətəndaşların təhlükəsizliyinin təmin edilməsi məqsədilə aparılacaq profilaktik tədbirlərin təşkilində istifadə ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 745

Oxşar yazılar

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

Kəklik ovlamağa getmişdi, infarktdan öldü

14 dekabr 2024 , 18:53
Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21