İntihar edən nişanlı gənclər yanaşı dəfn olundular – HEKAYƏT –
19 sentyabr 2011 16:44 (UTC +04:00)

İntihar edən nişanlı gənclər yanaşı dəfn olundular – HEKAYƏT –

Sentyabrın 18-də Siyəzən rayonunda iki nişanlı gənc intihar etdi. Siyəzənin Gəndahar kənd sakinləri 1984-cü il təvəllüdlü Quliyev Asif Feyruz oğlu və 1988-ci il təvəllüdlü Əmiraslanova Vüsalə Əmirağa qızı özlərini asıblar. Lent.az-ın əməkdaşı hadisə baş verən kənddə olub, hər iki gəncin ölümünün səbəblərini dəqiqləşdirməyə çalışıb.

Sevgi tarixçəsi

Asif Quliyev 3 il öncə Gəndahar kəndinə köçüb. Bir müddət sonra Vüsaləni görüb və ona vurulub. Vüsalə də Asifin ona olan məhəbbətini qarşılıqsız qoymayıb. Gənclər böyüklərinin xeyir-duası ilə ilyarım əvvəl nişanlanıb. Toya hazırlaşan gənclərin planlarına bu dəfə Vüsalənin atası Əmirağa Əmiraslanovun qəfil ölümü mane olur. Toy, Ə.Əmiraslanovun il mərasimindən sonraya saxlanır. Amma yenə də gənclərə evlənmək qismət olmur. 6 ay öncə oğlanın atası dünyasını dəyişir.

Bir səhər...

Sentyabrın 18-nə kimi münasibətlərində heç bir problem olmayıb. Vüsalənin bacısı Günay onların bir-birini dəlicəsinə sevdiklərini deyir. Onlar gün ərzində bir neçə dəfə görüşürmüşlər. Evləri yaxın olduğundan görüşmək üçün problem olmayıb. Asif nişanlısı ilə danışmaq üçün bu yaxınlarda Vüsaləyə mobil telefon alıb. Gün ərzində onlar bir neçə saat telefonla danışırmışlar. Amma Asifin sentyabrın 18-də etdiyi sonuncu zəng Vüsaləni həyəcanlandırıb. Asif nişanlısına “özümü asıram, gəl çat” deyib və telefonu söndürüb. Səhər saatlarında tələsik evdən çıxan Vüsalə Asifgilə çatanda artıq gec olub. Nişanlısını asılmış vəziyyətdə görən qız oğlanın yaxınları yuxudan oyadaraq, evə qayıdıb, Asifin ölüm xəbərini anası Yaqut xanıma çatdırıb. Anası ilə Asifgilə gələn qız yenidən evlərinə qayıdıb. Bir neçə dəqiqə sonra isə Vüsalə də intihar etmək qərarına gəlib. Özünü yaşadıqları evdə asıb...

Qoşa məzar...

Onlar sentyabrın 18-də günorta saatlarında kənd qəbiristanlığında yanaşı dəfn olunublar.

Nişanlı olduqları müddətdə evlənə bilməyən iki gəncin intihar xəbəri Gəndahar kəndinin bütün sakinlərini sarsıdıb. Asifin qohumları onun atasının ölümünə dözməyərək intihar etdiklərini deyir. Amma Asifin atasının ölümündən 6 ay sonra intihar etməsinin səbəbləri məlum deyil. Vüsalənin anası Yaqut xanım isə Lent.az-a bildirib ki, qızı nişanlısının ölümünə dözə bilmədiyi üçün özünü öldürüb.

***

Səbəb nədir, bilinmir... Amma iki gənc, iki ömür, iki can dünyanı tərk edib, torpağa gömüldü... İki ürəkdən rişələnən bir sevgi yer üzünü tərk edib, qanad açıb göylərə uçdu... Bu, hekayətin sonu.

Faktla bağlı Siyəzən rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır. Bu da quru statistika...

Sevginizi öldürməyin, adamlar...

Vəli Turan
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1858

Oxşar yazılar

Azərbaycanda tələbə vəfat etdi

Azərbaycanda tələbə vəfat etdi

14 dekabr 2024 , 15:06
Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

Ata-ana işə getdi, 3 uşaq evdə yanıb öldü

14 dekabr 2024 , 14:28
Şikayətçidən rüşvət alan polis  həbs olundu

Şikayətçidən rüşvət alan polis həbs olundu

14 dekabr 2024 , 13:26
Bakı metrosunda ÖLÜM

Bakı metrosunda ÖLÜM

14 dekabr 2024 , 12:56
Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

Beyləqanda "Jiquli" işıq dirəyinə çırpıldı, sürücü öldü

14 dekabr 2024 , 12:46
Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

Yevlaxda kişi hamamda qazdan zəhərlənib öldü

14 dekabr 2024 , 12:05
Ayı ovçunu parçaladı

Ayı ovçunu parçaladı

14 dekabr 2024 , 10:21
AUE-ni  təbliğ edirdi, həbs olundu

AUE-ni təbliğ edirdi, həbs olundu

14 dekabr 2024 , 10:00