Yol Polisinin 6 əməkdaşı cəzalandırıldı
19 sentyabr 2011 16:13 (UTC +04:00)

Yol Polisinin 6 əməkdaşı cəzalandırıldı

Daxili işlər nazirinin 16 sentyabr 2011-ci il tarixli əmrləri ilə yol hərəkəti qaydalarını pozmuş sürücülər barəsində şəxsi maraq müqabilində qanunla müəyyən edilmiş tədbirləri görmədiklərinə, vəzifə səlahiyyətlərini yerinə yetirmədiklərinə, daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan, polis əməkdaşı adına xələl gətirən hərəkətlərə və korrupsiya hüquqpozmasına yol verdiklərinə görə Yol Patrul Xidmətinin 3 əməkdaşı xidmətdən xaric olunub.


Bu barədə Lent.az DİN mətbuat xidmətindən bildirilib. Bundan başqa, xidməti vəzifəsinin icrasına məsuliyyətsiz yanaşaraq həmkarının qanunsuz hərəkətlərinə göz yummuş 1 əməkdaş tutduğu vəzifədən azad edilib. Tabelikdəki əməkdaşların xidməti fəaliyyətinə nəzarəti lazımi səviyyədə təşkil edə bilmədiklərinə görə 2 taqım komandirinə ciddi xəbərdarlıq olunub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 645

Oxşar yazılar