Qəzaya uğramış təyyarəmizin ekipaj üzvlərindən bir neçəsinin qalıqları ailələrinə verilib
Bu barədə APA-ya açıqlamasında Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru Şakir Musayev bildirib. O, qeyd edib ki, Özbəkistan vətəndaşı Vladimir Şatobinin meyiti ötən gecə ölkəsinə göndərilib. Bu gün isə Azərbaycan vətəndaşları - bort operatoru Tapdıq Qəhrəmanov və aviatexnik Mehman Hüseynovun qalıqları ailələrinə təhvil verilib. Bu gün günün sonunadək, yaxud sabah səhər digər Azərbaycan vətəndaşı Oleq Marşixinin meyiti ailəsinə təhvil veriləcək.
Qeyd edək ki, Azərbaycanın “Silk Way” aviasiya şirkətinə məxsus “İL-76” təyyarəsi 6 iyul 2011-ci il tarixində gecə saat 00:10 (Bakı vaxtı ilə 02:10) radələrində Baqram hava limanı yaxınlığında enməyə hazırlaşarkən təyyarə ilə rabitə ani olaraq kəsilib və radarlarda görüntüsü itib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasının yaydığı ilkin açıqlamada hava gəmisinin havada naməlum obyektlə toqquşması ehtimal olunub. “Taliban” hərəkatının nümayəndəsi Zəbibulla Mücahid isə Əfqanıstan KİV-nə açıqlamasında Azərbaycana məxsus təyyarənin “Taliban” tərəfindən vurulduğunu bildirib.
Bakı-Baqram marşrutu ilə uçuşu yerinə yetirən göstərilən təyyarə göyərtəsində cəmi 18 ton yüklə 5 iyul 2011-ci il tarixində yerli vaxtla saat 21:26-da Bakının Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxıb. Baqrama uçuşdan qabaq həmin gün təyyarə Küveyt-Bakı marşrutu üzrə uçuş yerinə yetirib və hər hansı nasazlıq qeydə alınmayıb.
Yük qaldırma imkanı 40 ton olan “İl-76” təyyarəsi 2005-ci ildə istehsal olunub və sonuncu dəfə 2011-ci ilin fevral ayında tam texniki baxışdan, iyun ayında isə növbəti baxışdan keçib. Təyyarənin göyərtəsində olan 9 ekipaj üzvünün hamısının həlak olduğu ehtimal edilir. Onlardan beşi Azərbaycan, dördü Özbəkistan vətəndaşıdır. Ekipaj üzvlərindən dördünün cəsədi tapılıb, digər 5 nəfər itkin düşmüş hesab olunur.

Oxşar yazılar

ŞOK: Məşhur avtoritet güc strukturlarına hamını “satdı” – “Qanuni oğru”lar TƏLAŞDA
13 mart 2025 , 12:18
Bərdədə yeniyetmə özünü asdı
13 mart 2025 , 11:52
Kürdəmirdə DƏHŞƏTLİ İNTİHAR: özünü sürət qatarının altına atdı - YENİLƏNİB
13 mart 2025 , 11:24
Beyləqanda AĞIR QƏZA: 6 yaralı var
13 mart 2025 , 10:45
Sabirabadda TONQAL FACİƏSİ: 13 yaşlı uşaq odda yandı
13 mart 2025 , 10:42
Astarada kişini maşın vurub öldürdü
13 mart 2025 , 10:14
Göyçayda DƏHŞƏT: özünü öldürmək üçün siçan dərmanı içdi
13 mart 2025 , 09:23