“Kabuslar şəhəri”nin dünyanı sarsıdan faciəsi –
AES-lərin tarixi ötən əsrin ortalarından başlanır. 1954-cü ildə SSRİ-də (RSFSR-in Kaluqa vilayətinin Obninsk şəhərində) dünyanın ilk Atom Elektrik Stansiyası işə salınıb. Sonralar bu cür stansiyaların ABŞ və Avropada da tikilməsi ilə dünyada atom enerjisi erasına start verildi. Lakin 1986-cı il aprelin 26-da SSRİ-də baş verən dəhşətli atom qəzası bu prosesi bir qədər ləngitdi... Lent.az dəhşətli faciənin 25 illiyində bu mövzunu yenidən xatırladır.
Dünya tarixinin ən böyük texnogen qəzası- Çernobıl faciəsi nədən və necə baş verdi?
İlk AES qəzası ABŞ-da baş vermişdi, amma onun nəticələri elə də ağır olmamışdı. Tarixdə ilk və ən böyük texnogen atom qəzası isə SSRİ-də baş verdi. Bütün dünyanı sarsıdan bir faciənin qısa tarixçəsini xatırlayaq.
25 il öncə. 1986-cı il, aprel ayının 25-i. Ukraynanın paytaxtı Kiyev şəhəri yaxınlığında yerləşən Çernobıl Atom Elektrik Stansiyasının 4 nömrəli reaktorunda elektrik cərəyanını dövrədən ayırandan sonra turbinlərin nə qədər dövr edəcəyini və bu yolla onun növbəti iş gününə hansı səviyyədə hazır olacağını müəyyən etmək üçün növbəti yoxlama işləri aparılırdı.
Bu, həddən artıq təhlükəli bir sınaq idi. Baxmayaraq ki, əvvəllər də belə bir sınaq keçirilmişdi və heç bir problem yaranmamışdı.
26 aprel saat 01.00. Bir neçə dəqiqədən sonra dünyaya hansı fəlakətin üz verəcəyini ağlına belə gətirməyən texniki personal elektrik cərəyanını kəsir, turbinlərə gedən soyuducu su tədricən azalmağa başlayır.
Saat 01.23. Operator aztəzyiqli reaktoru bağlamaq istəyir. Lakin artıq gec idi. Sınaq zamanı ilk anlardan özünü göstərən və çox zəif hiss edilən nasazlıq zəncirvari prosesə çevrilərək reaktorun sürətinin kəskin şəkildə artmasına gətirib çıxardır. Nəticədə reaktorun daxilində güclü buxarlanma və ardınca da dəhşətli partlayışlar başlayır.
Güclü partlayışlar reaktoru əhatə edərək onun xarici aləmlə əlaqəsinə imkan verməyən 1000 tonluq qoruyucu çəmbəri yerlə yeksan edir. Partlayışdan dərhal sonra böyük yanğın başlayır. Gecəni gündüzə çevirən güclü alovları onlarla kilometr məsafədən seyr etmək mümkün idi.
İlk anda nə baş verdiyini heç kim anlaya bilmir. Reaktordakılar buna macal belə tapa bilməyirlər. Son gördükləri güclü alov, son eşitdikləri isə partlayış səsi olur...
Bu, atom elektrik stansiyaları tarixində indiyədək rast gəlinməmiş dəhşətli bir qəza idi, onunla necə mübarizə aparılacağı heç kimə aydın deyildi. Yanğını söndürmək və şüalanmanın qarşısını almaq məqsədi ilə dərhal vertolyotlar çağırılır.
9 gün sürəkli olaraq onlarla vertolyot partlayış baş verən 4-cü blokun üzərinə qum, çınqıl və digər maddələr tökürlər. Qısa müddətdə blokun üzərində 5 min tondan ibarət qum və çınqıl dağı əmələ gəlir. 130-dək Azərbaycan vətəndaşının da qatıldığı “Sarkofaq” əməliyyatı ciddi nəticə vermir, təhlükəli şüalanma yenə də davam etməkdə idi...
Çernobıl əlili: “Havada radiasiyanın səviyyəsi o qədər yüksək idi ki, rəngli şüaları görürdük”
Partlayış baş verən ilk anlardan heç bir sərhəd tanımayan radioaktiv şüalanma on minlərlə kvadrat kilometr məsafəni öz təsiri altına alır. Böyük bir bölgədə bütün canlı aləmə zərbə dəyir, nəinki insanlar, bitkilər və heyvanlar da güclü şüalanmadan və radioaktiv tozdan dəhşətli zərər çəkir.
Ölən və yaralananlarla bağlı müxtəlif rəqəmlər səslənir. Lakin bu rəqəmləri yuvarlaşdıraraq orta sayı götürərək saysaq, qəzanın ilk günlərində 10 minə yaxın, sonrakı aylarda daha 15 min insan öldüyünü, sonrakı illərdə isə bu rəqəm 100 mini keçdiyini deyə bilərik.
Qəzanın nəticələrini aradan qaldırmaq üçün uzun müddət güclü mübarizə aparıldı, 600 mindən artıq sovet insanı gerçək qəhrəmanlıq göstərdi. Onların hamısı - 5 milyon ukraynalıdan əlavə, SSRİ respublikalarında və Avropa ölkələrində yaşayan azı 10 milyon nəfər şüalanmaya məruz qalaraq ağır xəstəliklərə tutuldular.
İlk günlərdə qəzanın səviyyəsini əhalidən gizlətməyə çalışdılar. Sovet rəhbərliyi qısa müddətdə radiasiyanın azalacağına və nəticələrin aradan qaldırılacağına ümid edirdi. Lakin artıq bölgədə yaşayanlar güclü şüalanmanı aşkar hiss etmişdilər və SSRİ-nin hər yerində Çernobılda baş verən faciədən xəbər tutmuşdular. 2 həftəlik mübarizədən sonra Sovet İttifaqının rəhbəri M.Qorbaçov Çernobılda dəhşətli atom qəzası baş verdiyini etiraf etdi.
Bu açıqlamadan sonra Çernobıl ətrafında yaşayan əhali kütləvi şəkildə ərazini tərk etdi. Bölgəni tərk edənlərin evləri isə müəyyən qrup adamlar tərəfindən talan edildi. Nəticədə, radioaktiv şüalanmaya məruz qalan məişət əşyaları satışa çıxarıldı və bu, əhali arasında xəstəliyə tutulanların sayının daha da artmasına səbəb oldu...
Çernobıl əlili, 42 yaşlı Vüqar Xəlilov o günləri belə xatırlayır: “Üzərimizdə şüaölçən cihaz var idi. Lakin ona heç ehtiyac da yox idi, havada şüalanmanın səviyyəsi o qədər yüksək idi ki, gözlə görürdük. Çəkilirdik kölgəyə, gün düşən tərəfə baxırdıq. Bənövşəyi, qəribə rənglər görürdük. Havada, suda, torpaqda - hər yerdə şüa vardı. Yemək gündəlik Kiyevdən göndərilirdi”.
Çernobılda insanın tam təhlükəsiz yaşaması üçün azı 50 min il gözləmək lazım gələcək
Hadisədən sonra radioaktiv bulud bütün Avropanı bürüdü (partlayışdan sonra radiasiyanın yayılma dalğası şəkildə - Avropanın xəritəsində əks olunub). Ukraynanın özündə, Belorusda, Rusiyada yaşayan 300 mindən artıq sakini radiasiya təhlükəsinə görə yaşadıqları ərazidən köçürdülər. Radiasiya Azərbaycana da gəlib çıxdı, hətta həmin il bəzi bostan bitkiləri yetişməmişdi.
Sonrakı illərdə SSRİ və Avropada yaşayan on milyonlarla insan dəhşətli xəstəliklərə tutuldu və dünyasını dəyişdi. Genetik strukturun dəyişməsinin acı nəticələri özünü sonrakı nəsildə də biruzə verdi.
25 il ötür, amma onun faciəvi nəticələri hələ də böyük bir regionun üzərində müşahidə olunur. «Greenpeace» təşkilatının məlumatına görə, təkcə 1994-2000-ci illərdə Çernobıl qəzasının təsiri nəticəsində güclü şüalanmadan 200 mindən çox insan dünyasını dəyişib.
SSRİ-yə bu qəza çox baha başa gəldi - AES-lərin verdiyi qazancdan da xeyli çox baha. Hazırda Çernobıl ətrafındakı 30 kilometr məsafə ölü zona hesab edilir və orada insanların yaşaması qəti qadağandır. “Kabuslar şəhəri”ndə insan qismən təhlükəsiz halda bir də ancaq 300 ildən sonra yaşaya biləcək. Bu ərazi ancaq 50 min ildən sonra tam təhlükəsiz hala isə gələcək...
Bu qəza bəşəriyyətin taleyinin hər an böyük təhlükə altında olduğu barədə hələ ötən əsrin ortalarında alimlər tərəfindən edilən xəbərdarlığın gerçək olduğunu bir daha ortaya qoydu. Lakin tarix göstərdi ki, insanlar bu “dərs”dən nəticə çıxara bilməyiblər.
Azərbaycanda Çernobıl əlillərinə dövlət qayğısının səviyyəsi və gözlənilən güzəştlər
Qəza zamanı əsasən gənclərdən ibarət 7 min nəfərdən çox Azərbaycan vətəndaşı böyük təhlükəyə baxmayaraq Çernobıla yollanmışdı. Çoxları elə oradaca həlak oldu, qalanları isə ömürlük əlil oldu və ya ağır xəstəliklərə tutuldular.
Azərbaycan Çernobıl Əlilləri Cəmiyyətindən Lent.az-a verilən məlumata görə, hazırda Azərbaycanda 5 mindən artıq Çernobıl qəzasının iştirakçısı var. Onların 90 faizindən çoxu əlillik statusu alıb. “Çernobıl” iştirakçılarından 2 mini indi həyatda yoxdur.
Azərbaycanda Çernobıl əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların sağlamlığının qorunması istiqamətində dövlət tərəfindən zəruri tədbirlər həyata keçirilib. 1993-cü ildə qəbul edilmiş "Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanunu ilə Çernobıl qəzası nəticəsində zərər çəkmiş vətəndaşların statusu müəyyənləşdirilib, onlara bir sıra güzəşt və imtiyazlar verilib.
Yeri gəlmişkən, Azərbaycan prezidenti İlham Əliyev bir neçə gün öncə Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə maddi yardım göstərilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamla Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş şəxslərə 200 manat məbləğində birdəfəlik maddi yardım göstərilməsi üçün 1 milyon 100 min manat məbləğində vəsait ayrılır.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Çernobıl əlillərinin sosial müdafiəsinin artırılması məqsədilə yeni tədbirlərin görülməsi üçün Nazirlər Kabinetinə müraciət edib.
Nazirliyin Əlil, Tənha və Ahıllara Sosial Xidmətin Təşkili Şöbəsindən Lent.az-a verilən məlumata görə, hökumətə şəhər və rayon mərkəzlərində Qarabağ müharibəsi əlləri və şəhid ailələri üçün inşa olunan yaşayış binalarındakı mənzillərin 10%-nin yaşayış yerində mənzil növbəsində dayanan Çernobıl əlillərinə ayrılması təklif edilir: “Ötən il 1000-ə yaxın Qarabağ müharibəsi əlilləri və şəhid ailələri mənzillə təmin olunub. Bunun da 10%-i böyük rəqəmdir”.
Nazirlikdən bildirilib ki, təkliflərdə ƏƏSMN tərəfindən ölkəyə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün gətirilən avtomobillərin də 10%-in Çernobıl əlillərinə növbədənkənar verilməsi öz əksini tapıb.
Bununla yanaşı, Bakıda yaşayış yeri üzrə mənzil növbəsində dayanan Çernobıl əlillərinin sayını çox olduğunu nəzərə alaraq, onlar üçün ayrıca yaşayış binasının tikilməsi, onlar üçün nazirlik tərəfindən ayrılmış sanatoriya-kurort putyovkalarının sayının artırılması, Mingəçevir şəhərində Çernobıl əlilləri üçün radioloji reabilitasiya mərkəzinin tikintisi təklif edilir.
Enerji təhlükəsizliyi, sağlam həyat, iqtisadi gəlirlər arasında seçim
Atom Elektrik Stansiyası bir və ya daha çox sayda nüvə reaktorunun yanacaq kimi radioaktiv maddələri istifadə edərək elektrik enerjisi istehsal edən stansiyadır. Radioaktiv maddələr istifadə edildiyinə görə, digər stansiyalardan fərqli və daha yüksək təhlükəsizlik texnologiyalarından istifadə edilir.
AES-lərin əsas yanacaq xammalı urandır. Bu elementin dünyada mövcud ehtiyatı tam hesablanmasa da, quruda və suda olan uranın 400-500 ilə kifayət edəcəyi ehtimal olunur. Neft-qaz ehtiyatının isə cəmi 60-70 ilə kifayət edəcəyi proqnoz edilir.
AES-lərin əsas problemi təhlükəsizliklə bağlıdır. Çernobılda baş verən dəhşətli qəza hələ yaddaşlardan silinməyib. Bu qəza bəzi ölkələri AES tikməkdən vaz keçməyə, bəzilərini isə mövcud AES-lərdən imtina etməyə vadar etdi.
Lakin, digər enerji növlərinə görə, atom enerjisinin xeyli ucuz başa gəlməsi ölkələri düşünməyə məcbur edir. Enerji təhlükəsizliyi hər bir dövlət üçün ən önəmli hala gəlib.
Bununla belə, AES-lərlə bağlı fikirlər birmənalı deyil, bəziləri iqtisadi səmərəni əsas tutub onların yaradılmasına tərəfdardır, digər qism alimlər isə, təhlükəsizliyi və əhalinin sağlamlığını iqtisadi səmərədən üstün tutub əleyhinə çıxış edirlər.
Bəzi mütəxəssislər vurğulayırlar ki, indiyədək istilik stansiyalarında baş vermiş qəzaların və insan itkilərinin sayı atom elektrik stansiyalarında olduğundan dəfələrlə artıqdır. Amma bu ciddi əks-arqument kimi qəbul oluna bilməz, çünki İES-lərin sayı AES-lərin sayından dəfələrlə çoxdur.
Qeyd edək ki, xırda texniki nasazlıqları nəzərə almasaq, indiyədək dünyada 2 böyük atom qəzası qəza baş verib - biri SSRİ-də, digəri isə ABŞ-da. Bir neçə dəfə isə “Tanrı insanların üzünə gülüb” - qəzanın qarşısı son anda alınıb.
Tarix unutqanlığı bağışlamır və ya yaponların “İkinci Çernobıl” faciəsi
Yaponiyada baş verən zəlzələ və sunamidən sonra AES-də baş verən qəza nəticəsində güclü şüalanma yaranıb. Yaponiya səlahiyyətliləri hesab edirlər ki, “Fukusima-1” atom elektrik stansiyasında baş vermiş sızma riski Çernobıl fəlakəti səviyyəsinə yüksəlib.
Beynəlxalq səviyyədə ən yüksək risk 5 balla xarakterizə edilsə də, bu ciddilik risk səviyyəsini aşaraq artıq ən yüksək səviyyəyə - 7-ə çatıb. Qeyd edək ki, Çernobıldakı qəza 7 balla qiymətləndirilmişdi.
Tanınmış alim-radiobioloq Jores Medvedev jurnalistlərə bildirib ki, Yaponiyanın “Fukuşima-1” AES-ində baş vermiş qəzadan sonra havaya buraxılan radioaktiv tullantıların həcmi Çernobıl AES-də baş vermiş analoji qəzadan 20 dəfə çoxdur. “Radiasiyanın dənizə axını bütün dünyanı təhlükə ilə üz-üzə qoyur” – deyə, o, vurğulayıb.
AES-in ətrafında dəniz sularında radiasiya 10 min dəfə artıb. "Fukuşima"nın radiasiyası yeraltı sulara da qarışıb. Güclü şüalanmadan 1 milyonadək insanın xərçəngdən öləcəyi güman edilir.
“Fukusima”dan sızan radiasiya buludu böyük bir məsafə qət edərək bir neçə gün öncə Avropaya daxil olub. Artıq dünya ölkələri yapon məhsullarını almaqdan imtina edirlər. Dünya bazarında yapon hegemonluğuna son qoyulmaq üzrədir. Yaponlar özləri belə yerli məhsulları almaqda tərəddüd edirlər.
Bəlkə digər ölkələri anlamaq olardı, amma 1945-ci ildə ABŞ-ın atdığı 2 atom bombasından sonra tarixdə nüvə radiasiyanın dəhşətli nəticələrini görmüş, güclü şüalanmadan yüz minlərlə qurban vermiş ilk xalq olan yaponlar üçün AES tikməyi bağışlanmaz səhv saymaq olar...
Dünya ölkələrinə texnoloji “yapon dərsi”, yoxsa “Fukusima”dan çıxarılası nəticə?
Ən yüksək texnoloji imkanlara və ən güclü alimlərə malik olan ölkə belə adi AES qəzasının öhdəsindən gələ bilmədi. Baxmayaraq ki, yapon mütəxəssislər həyatlarını real təhlükə altına qoyaraq dəhşətli mübarizə aparırlar. Hökumət isə “Fukusima”ya məğlub olduqlarını etiraf etməyə məcbur olub.
Bu AES-in zəlzələ nəticəsində qəzalı hala düşməsi və böyük təhlükəyə çevrilməsi isə AES-in xidmətindən istifadə edən ölkələrin hamısında ciddi təşvişlə qarşılanmaqdadır.
Təsadüfi deyil ki, artıq bəzi Avropa ölkələri, o cümlədən Almaniya Yaponiyada baş verən təbii fəlakətlərin AES-i qəzalı vəziyyətə salması və bunun böyük təhlükə mənbəyinə çevrilməsindən narahat olaraq, öz ərazilərindəki analoji stansiyaların təhlükəsizliyini təmin etmək üçün bəzi addımlar atmağı planlaşdırırlar.
Məsələn, Almaniya kansleri Angela Merkel hələ martın 14-də bəyan edib ki, ölkədəki AES-lərin bir çoxunu, o cümlədən 7 AES-in fəaliyyətini dayandıracaq. Bunun əvəzinə mümkün qədər külək və ya günəş enerjisindən istifadəyə imkan verəcək daha çox stansiyaların tikiləcəyini söyləyib.
Yeri gəlmişkən, hazırda Almaniyada 19 AES var. Onlar ölkənin elektrik enerjisinə olan tələbatının 23 faizini ödəyir. Almaniya ilə eyni vaxtda İsveçrə və Braziliya da analoji addım atmağa hazırlaşırlar.
İngiltərədə son illərdə bəzi AES-lər bağlanıb. Fransa və İsveçdə yeni AES-lərin inşasına moratorium qoyulub. Digər ölkələrdə də narahatlıq var və AES-lər əleyhinə ictimai etirazlar çoxalıb.
Ümumiyyətlə, Yaponiyadakı qəza AES tərəfdarları üçün “buzlu su” effekti verdi. Halbuki, Çernobıl qəzasını “unudan” bəzi alimlər atom elektrik stansiyasının vacibliyini cidd-cəhdlə müdafiə edirdilər.
Hansı ölkələrdə AES var, hansılarda olacaq, hansılarda olanları da ləğv etmək istəyirlər?
Bəzi alimlərin fikrincə, cəmi 60-70 illik ehtiyatı qalan neft və qazdan fərqli olaraq, dünyadakı uran ehtiyatları bundan sonra azı 500 ilə kifayət edəcək. Dünyanın ümumi uran ehtiyatlarının böyük hissəsi - 60 faizdən çoxu Avstraliya, Qazaxıstan və Kanadada cəmləşib. Qazaxıstan uran hasilatına görə liderdir. Bu elementə tələbatın artması nəticəsində indi uran uğrunda mübarizə qızışıb.
Məhz iqtisadi cəhətdən sərfəli olduğu üçün atomdan enerji almaq istəyən ölkələrin sayı çoxalır. 1978-ci ildə dünyada 200-dən artıq AES var idi. Hazırda bu rəqəm 440-a çatıb. Onlardan 300-ün istismar vaxtı keçib.
Rusiyada 31, ABŞ-da 104, Fransada 59, Yaponiyada 54, Almaniyada 19, Cənubi Koreyada 16, Kanadada 14, Ukraynada 13, İsveçdə 11, Çində 3 AES var. Amma Çində daha 7-si də inşa edilir. Yaxın illərdə bu sıraya daha bir neçə ölkə qoşulacaq.
Xatırladaq ki, bütün AES-lər dünyada 375 qiqavatt elektrik enerjisi hasil edir. Külək elektrik stansiyaları ilə 118 min meqavat, günəş enerjisi ilə 288 meqavatt elektrik enerjisi hasil edilir. Fransa AES-lər vasitəsilə enerjiyə olan tələbatının 78-80, Litva 74, Belçika 56,8, Ukrayna 47,3, İngiltərə 21,9, Ermənistan 33, Finlandiya 32,1, Almaniya 30,4, Yaponiya 33,8, Rusiya 14,9, ABŞ 19,8 faizini təmin edir.
2030-cu ilədək isə, AES-lərin sayının azı 2 dəfə artacağı gözlənir. Artıq 70-dən artıq ölkə atom elektrik stansiyası tikəcəyi haqda MAQATE-ni xəbərdar edib və bu siyahı genişlənməkdədir.
İndi dördüncü nəsil nüvə reaktorları inşa olunur ki, bu texnologiyada qəza baş verməsinin mümkün olmadığı iddia edilir. Buna görə də, əksər dövlətlər AES yaratmağa meyllənib.
Bununla yanaşı, qabaqlar AES-lərə malik olan, lakin sonradan öz əhalisinin sağlamlığını və təhlükəsizliyini daha üstün tutaraq onlardan imtina edən ölkələr də var - Avstriya, Danimarka, Filippin, İtaliya, Qazaxıstan. Almaniya da AES-ləri qapatmağa hazırlaşır.
Azərbaycanın hansı siyahıda olacağı hələlik tam müəyyən edilməyib. Bəs bizim atom enerjisinə nə dərəcədə ehtiyacımız var, ümumiyyətlə varmı?
Radiasiya Problemləri İnstitutu nədən Azərbaycanda AES istəyir?
AMEA-nın Radiasiya Problemləri İnstitutu hesab edir ki, nüvə texnologiyası Azərbaycana gəlməlidir və yaxın vaxtlarda bu müzakirə olunmalıdır. İnstitutun direktoru Adil Qəribov bildirir ki, ölkəmizin enerji sistemi bütünlüklə AES-ə keçsə, bunun üçün ildə 50-60 ton uran lazım gələcək. Onun sözlərinə görə, atom stansiyasında alınan enerjinin qiyməti adi yolla alınandan təqribən 2 dəfə ucuz - hər kilovat saatı cəmi 2-3 qəpiyə başa gəlir.
“Əlbəttə, atom stansiyaları yaratmaq böyük vəsait tələb edir. Məsələn, 1000 meqavat gücündə olan AES təxminən 5 milyard dollara başa gəlirsə, istilik stansiyası bundan 2 dəfə ucuzdur. Amma AES-dən əldə olunan enerjinin ucuzluğu sayəsində bu fərq 2 ilə aradan qalxa bilər.
Məsələn, biz 1000 meqavatlıq elektrik enerjisi stansiyası tikmək istəyirik. Neftlə işləyəndə 1 meqavatı əldə etmək üçün 1 milyon ton neft yandırmalıyıq. Amma o biri variantda 10-13 ton uran yandırmalıyıq. Bu qədər neft yandırılanda atmosferə xeyli tullantı atılacaq. 10-13 ton uran yandırıldıqda isə atmosferə heç nə atılmır" – deyə, A.Qəribov bildirir.
Qeyd olunur ki, Azərbaycanı enerji ilə təmin etmək üçün ildə 50-60 ton uran kifayətdir. 1 milyon ton neftin qiyməti 600 milyon dollardır. 60 ton uran isə cəmi 25 milyon dollara başa gəlir. Yəni, məsələnin iqtisadi tərəfi önə çəkilir.
Təcrübə göstərir ki, atomun tətbiqi üçün orta hesabla 20 il vaxt tələb olunur. Yəni, Azərbaycan indidən hazırlıqlara başlasa, nüvə enerjisinə ən tezi 2030-cu ildə malik olacaq.
AES tərəfdarları onu da qeyd edirlər ki, bu stansiyalarda havaya zərərli maddələr atılmır. Bəzi plutonium kimi təsirsiz qazlar çıxa bilər ki, onlar da xüsusi qurğular vasitəsilə tutulur. Bundan başqa, AES-lərin ətrafında 1 kilometr radiusda ərazi sanitar bölgə elan olunur və orada mütəmadi baxışlar keçirilir.
Böyük enerji resurslarımız olduğu halda təhlükəli risk etməyə dəyərmi?
Xatırladaq ki, bir vaxtlar SSRİ Nazirlər Komitəsinin qərarı ilə Azərbaycanda AES tikmək barədə layihə də hazırlanmışdı. Bu layihə çərçivəsində Nəvai qəsəbəsi yaxınlığında yer də müəyyənləşdirilmişdi. Çernobıl faciəsi SSRİ-nin digər respublikaları kimi Azərbaycanda da bu istiqamətdə aparılan işlərin dayandırılmasına səbəb oldu. İndi bu məsələ yenidən gündəmə gətirilib.
Əksər mütəxəssislər hesab edir ki, enerji qıtlığı ilə üzləşən ölkələrdən fərqli olaraq, böyük neft və qaz ehtiyatları olan Azərbaycanda atom enerjisindən istifadə məsələsini gündəmə gətirməyə belə ehtiyac yoxdur.
Hesablamalara görə, Azərbaycanın neft və qaz ehtiyatları ən pis halda 100 ilə kifayət edəcək. Ölkə prezidenti də bunu dəfələrlə bəyan edib. Bizim perspektiv neft-qaz yataqlarımız da var ki, gələcəkdə onlardan böyük həcmdə yanacaq çıxartmaq mümkündür.
Politoloq Zərdüşt Əlizadənin fikrincə isə, Azərbaycanda AES-ın inşasına ehtiyac yoxdur və ölkəmiz enerji təlabatını neft-qaz və alternativ enerji mənbələrinin hesabına ödəyə bilər, hətta böyük həcmdə enerji ixrac da edə bilər: “Hesab edirəm ki, Azərbaycanda AES inşasına lüzum yoxdur. Ölkəmizdə tikilən AES-lərdə hər an qəza baş vermə ehtimalı yüksək olacaq”.
Z.Əlizadənin sözlərinə görə, nüvə tullantılarının məhv edilməsi də olduqca bahalı bir əməliyyatdır: “Azərbaycan hələlik özünün hidroresurslarından, alternativ enerji mənbələrindən tam istifadə etmir. Külək və günəş stansiyalarının sayını çoxaltmaqla, üstəlik, kiçik SES-lər tikməklə enerji istehsalını xeyli artıra bilərik”.
Ümumiyyətlə, əksəriyyət hesab edir ki, biz atomsuz da keçinərik. Təbiət bizə yerüstü və yeraltı enerji mənbələri bəxş edib ki, hələ yüz illər boyu enerji problemini yoluna qoymağa kifayət edər. Ona görə də, öncə düşünmək lazımdır - “saqqal darağı” naminə təhlükəli riskə getməyə dəyərmi?
Ermənistanda hər an partlamağa hazır olan “Metsamor” adlı dəhşətli atom “bomba”sı
Ermənistanda yerləşən AES bütün bölgəni fəlakətə sürükləyə biləcək böyük təhlükə mənbəyidir. “Metsamor” AES-də köhnə texnologiyadan istifadə edilməsi, maliyyə olmadığından modernləşdirilməməsi hər an qəza təhlükəsi gözlənildiyini deməyə əsas verir.
Dünyada dördüncü nəsil atom elektrik stansiyaları inşa olunduğu bir vaxtda “Metsamor” AES kimi stansiyalar fəaliyyətini çoxdan dayandırıb. MAQATE və Avropa İttifaqının ekspertləri də bu stansiyanı ən təhlükəli obyekt kimi qiymətləndiriblər.
1977-ci ildə tikilən həmin reaktorun fəaliyyət müddəti 25 il idi və 2001-ci ildə bu müddət başa çatıb. Hazırda bu stansiya dünyada ən köhnə texnologiyada olan yeganə AES-dir. Onun təhlükəsizlik sistemləri isə demək olar ki yoxdur.
1988-ci ildə Spitakda baş verən zəlzələ nəticəsində “Metsamor” AES də yararsız vəziyyətə düşüb. Möcüzə sayəsində Qafqazda “İkinci Çernobıl” baş vermədi. Bu günə kimi bu stansiyada 100-dən artıq kiçik qəza baş verib.
BMT-nin müvafiq konvensiyasına görə, zərərli və partlayış təhlükəsi olan texnologiyaların qurulması qonşu ölkələrdə qiymətləndirilməli, ətraf mühitə təsiri və bunun törədəcəyi hər hansı fəsadlar haqqında qonşu dövlətlərlə razılıq protokolu olmalıdır.
Qeyd edək ki, 2001-ci ildə Ermənistan Avropa Şurasına üzv qəbul edilərkən “Metsamor” AES-in fəaliyyətini dayandıracağına dair öhdəlik götürüb. Amma bu öhdəlik hələ də yerinə yetirilməyıb. Beləcə, Qafqazın ortasında “Çernobıl kabusu” dolaşmaqdadır.
Azərbaycan Qafqazda “3-cü Çernobıl”ın qarşısını almaq üçün tam gücü ilə mübarizə aparmalıdır
“Metsamor” stansiyasının region üçün böyük təhlükə olduğunu dərk edən Avropa İttifaqı 2001-ci ildə Ermənistanın Avropa Şurasına üzv olması zamanı AES-in birdəfəlik bağlanmasını tələb edib. Aİ bunun müqabilində Ermənistana 100 milyon avro ayırmaq fikrindəydi, amma İrəvan 1 milyard avro tələb etdi. Buna görə də, bağlanma prosesi baş tutmadı.
Ermənistan rəhbərliyi ölkənin ağır iqtisadi-sosial durumda olduğunu, ölkənin alternativ enerji resursunun olmadığını bəhanə edir. Sanki anlamırlar ki, AES-də qəza baş versə, ilk növbədə Ermənistan əhalisi məhv olacaq.
2002-ci ildə Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) o vaxtkı baş katibi Məhəmməd əl-Baradeyi Azərbaycana səfər edərkən prezident Heydər Əliyev bu məsələni qaldırmışdı və qeyd etmişdi ki, bu AES öz fəaliyyətini dayandırmalıdır. Xahiş olunmuşdu ki, “Metsamor”un köhnə reaktorlarının fəaliyyətinin dayandırılması məsələsinə baxılsın. Təəssüf ki, bu stansiyanı bağlamaq əvəzinə reaktorların ömrü 13 il uzadıldı.
Stansiyanın radiasiya sızıntısı ilə çirklənmiş suları yeraltı sulara qarışıb və Türkiyənin İğdır vilayətində ciddi fəsadlara səbəb olub. Şikəst uşaqların, xərçəng xəstəliyinə tutulmuş insanların, anormal doğulmuş heyvanların sayının artması Türkiyə hökumətini həyəcan təbili çalmağa vadar edib.
“Hürriyət” qəzetinin verdiyi məlumata görə, Çekmece Nüvə Araşdırma və Təlim Mərkəzi ilə Ərzurum Atatürk Universitetinin fizika fakültəsi Ermənistana yaxın 6 vilayətdə radiasiya ölçmələri aparmağa başlayıb. Mütəxəssislər son zamanlar “Metsamor” AES-ə yaxın ərazilərdə artan ağciyər xərçənginin səbəbinin də radiasiya olduğunu güman edirlər.
Əslində, bu məsələ heç bir dövlətin daxili iş ola bilməz, çünki qəza baş verərsə, faciənin miqyası bir neçə ölkəni əhatə edəcək. Buna görə də, Ermənistana qonşu ölkələr “Metsamor”un bağlanması üçün təzyiq göstərməlidirlər. Azərbaycan və Türkiyə belə də edir. Təəssüf ki, İran və Gürcüstanda bu təhlükənin nə qədər ciddi olduğunu yaxşı anlamırlar.
Elçin Bayramlı
“Altay” Strateji Araşdırmalar Mərkəzinin başqanı

3068