Ağdaşda qətl törədən silahlı şəxs axtarılır
Oktyabrın 19-da Ağdaşda silahlı insident törədən Ruzman Hüseynov hələ də tutulmayıb. Bu barədə Lent.az-a Ağdaş Rayon Polis Şöbəsindən məlumat verilib. Məlumatda R.Hüseynovun Ağdaş rayon ərazisində olduğu bildirilir. Polis onun qohumlarının və dostlarının yaşadığı yerlərdə əməliyyat axtarış tədbirləri keçirib. Rayon ərazisində postlar qurulub. Əməliyyat axtarış tədbirləri hələ də davam etdirilir.
Qeyd edək ki, oktyabrın 19-da Ağdaş rayonunun Kotalan kənd sakini, oğurluqda təqsirləndirilən 1957-ci il təvəllüdlü Hüseynov Ruzman Şamil oğlu onu həbs etmək istəyən rayon Polis Şöbəsinin əməkdaşlarına avtomat silahdan atəş açıb. Polis Şöbəsinin əməkdaşları R.Hüseynovun evinə gəlib. Bu zaman axtarışda olan şəxs avtomat silahdan atəş açaraq polisə müqavimət göstərib. Hadisə yerinə əlavə polis qüvvələri cəlb olunub. Bu dəfə R. Hüseynov polis əməkdaşlarına qumbara atıb. R. Hüseynovun evi 6 saata yaxın mühasirədə saxlansa da, o, gizli yola hadisə yerindən qaçıb.
Axşam saat 22.00 radələrində isə R.Hüseynov kəndin keçmiş icra nümayəndəsi, 1971-ci il təvəllüdlü Baxşəli Seyfənovun evinə gələrək, ona avtomatdan atəş açıb.
B. Seyfənov hadisə yerində dünyasını dəyişib. R.Hüseynov həmçinin kəndi sakini, 1972-ci il təvəllüdlü Əhmədov Famil Qurban oğluna avtomatdan atəş açaraq, onu ağır yaralayıb.
Fərid Əkbərov

Oxşar yazılar

Aeroport yolunda QƏZA oldu
13 iyul 2025 , 12:42
Sumqayıtda güllələnmə hadisəsi: bir nəfər öldü
13 iyul 2025 , 11:50
Qazaxda əkin sahəsində FACİƏ: traktorda kişi meyiti tapıldı
13 iyul 2025 , 11:34
Ölkədən qaçmaq üçün qayınanası ilə evləndi
13 iyul 2025 , 11:28
Zaqatalada FACİƏ: uşaq Tala çayında BOĞULDU - YENİLƏNİB
13 iyul 2025 , 08:08Bu gün 34 mindən çox abituriyent imtahan verəcək
13 iyul 2025 , 06:05
Sumqayıtda dəniz sahilində TƏHLÜKƏLİ ANLAR: arvadına maşın verdi, polis hər ikisini saxladı-VİDEO
13 iyul 2025 , 00:28