Son 200 ilin ən dəhşətli dəmiryol qəzaları - SİYAHI
06 avqust 2009 12:15 (UTC +04:00)

Son 200 ilin ən dəhşətli dəmiryol qəzaları - SİYAHI

Maşinistin “avtoş”luğu faciə ilə bitdi: 107 ölü, 550 yaralı

Elmi-texniki inkişaf özü ilə bərabər faciələri, bədbəxt hadisələri və texnogen qəzaları da gətirir. Bütün bunlara rəğmən texniki vasitələrə maraq və tələbat durmadan artır.

Əvvəlki yazılarda biz ən dəhşətli təyyarə qəzaları barədə söhbət açdıq. Bu dəfə Lent.az sadiq oxucularını dəmir yol qəzaları barədə məlumatlandırmaq niyyətindədir. Nə qədər qorxunc olsa da, bu bir tarixdir. Məqalədə fransız mənbələrinə istinad edilib. Ən böyük qəzaların siyahısını müəyyən ixtisarla diqqətinizə çatdırırıq.

15 sentyabr 1830. İngiltərə, London. Tarixdə ilk dəmiryol qəzası. Mançester-Liverpul dəmir yol xəttinin açılışı mərasimində ingilis mühəndis Vilyam Haskisson dostu Stefensonun düzəltdiyi parovozun (Raket) altında qalaraq həlak olur. Haskisson tarixə dəmir yol qəzasında ölən ilk sərnişin kimi düşdü.

8 may 1842. Fransada ilk, dünyada ikinci dəmir yol qəzası. Paris – Versal istiqamətində gedən qatar relsdən çıxaraq alışır, 55 nəfər həlak olur. Qaydaya görə hərəkət zamanı qatarların qapılarını kilidlənirdi. Nəticədə faciə qurbanlarının sayı artır. Dəmir yolunun təzəcə kəşf olunduğu vaxta təsadüf edən bu qəza çox böyük faciə hesab olunurdu.

Oktyabr 1867. Relsin qaçması nəticəsində Paris ətrafında qatar qəzaya uğrayır, 300 nəfərdən çox sərnişin həlak olur.

29 dekabr 1876. ABŞ-ın Ohayo ştatında körpünün uçması nəticəsində qatar qəzaya uğrayır, parovozun odluğundan tökülən yanar kömür 11 vaqonu sıradan çıxarır. 92 nəfər ölür, 64 nəfər xəsarət alır.

22 iyun 1881. Meksikada qatarın Kartia çayına düşməsi 200 nəfərin həyatına son qoyur.

10 avqust 1903. Tarixdə ilk metro qəzası. Bax Lent.az. (link qoy)

30 aprel 1908. Avstraliyanın Melburn şəhərində 2 qatarın toqquşması nəticəsində 44 nəfər ölür, 400 nəfər yaralanır.

22 may 1915. Birləşmiş Krallıqda hərbi qatarın aşması 200 nəfərin həyatına son qoyur, 246 nəfər yaralanır.

12 dekabr 1917. Fransız əsgərlərini cəbhədən gətirən qatarın relsdən çıxması nəticəsində rəsmi mənbələrə görə 425, şahid ifadələrinə görə 675 əsgər həlak olur. Qəzanın nəticələrini aradan qaldırmaq üçün 2 həftə vaxt lazım gəldi. Faciəyə səbəb isə virajda yüksək sürət oldu.

23 dekabr 1933. Paris-Strasburq sürət qatarı Parisin 20 kilometrliyində 110 km/saat sürətlə qarşıdan gələn qatarla toqquşur. Yeni il ərəfəsi olduğu üçün qatara əlavə taxta vaqonlar qoşulmuşdu. Qəza 200-dən çox fransızın həyatına son qoyur.

8 oktyabr 1950. Birləşmiş Krallıqda 3 qatarın toqquşması nəticəsində 112 adam ölür, 340 nəfər xəsarət alır.

24 dekabr 1953. Yeni Zellandiyada dəmir yol körpüsünün uçması 151 nəfərin həyatına son qoyur.

Dekabr 1957. İngiltərədə qatar çevrilir, 90 nəfər ölür, 173 nəfər xəsarət alır.

16 yanvar 1972. Fransada dəmir yol tunelinin tavanının çökməsi nəticəsində tuneldə olan 2 qatar zədələnir – 108 ölü, 111 yaralı.

10 noyabr 1979. Kanadanın Misisoqa əyalətində xlor daşıyan sisternlərin aşması nəticəsində ekoloji faciə baş verir. Ölən və yaralanan olmasa da, 250 000 nəfəri təxliyə etmək lazım gəlir. Bu Şimali Amerika tarixində ən böyük təxliyədir (evakuasiya). Təxliyə çox çətin başa gəlir, çünki xlor mühərrikləri sıradan çıxarır.

6 iyun 1981. Hindistanda qatarın çaya düşməsi nəticəsində 800 nəfər boğulur.

4 iyun 1989. Rusiya. Ufa vilayətində qaz kəmərinin partlaması nəticəsində kəmərin yanından eyni vaxta keçən 2 qatar zədələnir. Təqribən min nəfər həyatının itirir.

3 iyun 1988. Almaniyada sürət qatarı aşmış dirəyə çırpılır və 101 sərnişin həlak olur.

28 oktyabr 1995. Bakıda tarixin ən dəhşətli metro qəzası baş verir. Metronun «Ulduz» və «Nərimanov» stansiyaları arasındakı tuneldə qatarın alışması nəticəsində 300 adam həlak olub, 400 nəfər isə xəsarət alıb.

26 noyabr 1998. Hindistan. Pəncab əyalətində 2 sərnişin qatarı toqquşur, 200-dən çox sərnişin ölür, 250 nəfər yaralanır.

2 avqust 1999. Hindistan. Qərbi Benqal əyalətində tək yönlü dəmir yol xəttində 2 sərnişin qatarı toqquşur, 400-dən çox insan yerindəcə həlak olur.

5 oktyabr 1999. İngiltərədə 2 qatarın üz-üzə toqquşması nəticəsində 31 nəfər ölür, 400 nəfər xəsarət alır.

11 noyabr 2000. Avstriya. Karpun funikulyorunda faciə. Tuneldə olan qatarda alışma baş verir. Qapılar kilidli olduğu üçün heç kəs çıxa bilmir, digər tərəfdən xizəkçilərin sintetik kombinezon geyməsi yanğın riskini daha da artırır. Nəticə: 155 ölü.

20 fevral 2002. Misir. Əl Həyat. Normadan 2 dəfə artıq yüklənmiş qatar alışır və 373 nəfər can verir.

24 iyun 2002. Tanzaniya. Normadan artıq yüklənmiş sərnişin qatarı ilə yük qatarı toqquşur – 300 ölü.

18 fevral 2003. Cənubi Koreya. Ruhi xəstənin Seul metrosunda yanğın törətməsi nəticəsində 2 metro qatarı sıradan çıxır – 200 ölü.

18 fevral 2004. İran. Yük qatarı Nişapur yaxınlığında relsdən çıxır və alışma baş verir. 7 saat sonra baş verən partlayış nəticəsində (kükürd və neft) xilasedicilər və ətrafdakı məhəllənin sakinləri həlak olurlar – 300 nəfər, o cümlədən yüksək vəzifəli şəxslər.

22 aprel 2004. Cənubi Koreya. Ryonqşonq faciəsi. Yük vaqonunun partlaması nəticəsində 160 nəfər ölür, 1000-dən çox adam xəsarət alır.

25 aprel 2005. Yaponiya. Fukuşiyamadan Osakaya gedən sərnişin qatarı qəzaya uğrayır – 107 ölü, 550 yaralı. Qəzaya səbəb, maksimum sürətin 70 km/saat olduğu döngədə, qatarın 110 km/saat sürətlə getməsi olub.

1 avqust 2007. Konqo. Qanunsuz mühacirləri daşıyan yük qatarının aşması 100 nəfərin həyatına son qoyur.

28 aprel 2008. Çində qatar relsdən çıxaraq qarşı istiqamətdən gələn qatarın yolunu kəsir – 70 ölü, 400-dən çox yaralı.

Bu siyahıya yüksək sürətli qatarlarda (aerodinamik qatar) baş verən qəzaları daxil etmədik. Mövzuyla bağlı ayrıca yazı yaxın günlərdə sizlərin ixtiyarına veriləcək.

Əlbəttə, bütün bunlar dəmir yol nəqliyyatını pisləmək üçün deyil. Əksinə, dəmir yol şəbəkəsinin zəif olduğu ölkələrdə nəqliyyat tıxacları daha tez-tez yaranır, qəzaların sayı artır və nəhayət ekoloji tarazlıq pozulur. Qonşu Türkiyəni buna misal göstərmək olar. Media bir yana, hətta dövlət məmurları belə, iri yük və sərnişin daşıma şirkətlərinin dəmir yol xətlərinin inkişafına əngəl olduğunu etiraf edirlər. Avropada isə avtobusdan baha olmasına baxmayaraq, dəmir yol nəqliyyatından istifadə edənlərin sayı durmadan artır. Səbəb - yüksək sürət, mənzil başına vaxtında yetişmə, təhlükəsizlik və komfort.

Növbəti yazı: Ən dəhşətli avtoqəzalar.

Vüqar Ələsgərov
[email protected]
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2435

Oxşar yazılar

Bakıda QƏZA:  İşıqfor yerindən qopdu-FOTO -YENİLƏNİB

Bakıda QƏZA: İşıqfor yerindən qopdu-FOTO-YENİLƏNİB

12 dekabr 2024 , 01:03
Bakıda dörd  “Toyota”  toqquşdu

Bakıda dörd “Toyota” toqquşdu

11 dekabr 2024 , 23:57
Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

Naxçıvanda yük maşını 34 yaşlı kişini vurub öldürdü

11 dekabr 2024 , 21:23
Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

Bakıda 19 yaşlı oğlan kirayə yaşadığı evdə özünü asdı

11 dekabr 2024 , 19:33
İfadə verməyə çağırıldı: özünü binadan atdı

İfadə verməyə çağırıldı: özünü binadan atdı

11 dekabr 2024 , 18:54
Qafar Dəmirçi həbs edildi

Qafar Dəmirçi həbs edildi

11 dekabr 2024 , 18:05
Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

Nazim Bəydəmirlinin işindən YENİ XƏBƏR

11 dekabr 2024 , 18:03
Bakıda həbsxanada ÖLÜM

Bakıda həbsxanada ÖLÜM

11 dekabr 2024 , 17:10