Hikmət Hacızadənin oğluna ittiham irəli sürüldü
10 iyul 2009 16:00 (UTC +04:00)

Hikmət Hacızadənin oğluna ittiham irəli sürüldü

O, xuliqanlıqda ittiham olunur
“Alumni Network” Gənclər Şəbəkəsinin nümayəndəsi Emin Milli və “Ol” Gənclər Hərəkatının təsisçilərindən olan Adnan Hacızadə hazırda Səbail rayon Polis İdarəsində saxlanılırlar.

Bu barədə Lent.az-a onların vəkili Elton Quliyev məlumat verib. Onun sözlərinə görə, A.Hacızadəyə Cinayət Məcəlləsinin 221.2 (bir qrup şəxs tərəfindən törədilən xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb: “Emin Milliyə də analoji maddə ilə ittiham irəli sürülməsini proqnozlaşdırıram”.

Hər iki şəxs dindirildikdən sonra işə Səbail rayon Məhkəməsində baxılacaq. Məhkəmənin bu gün keçirilməsi gözlənilir.
Adnan Hacızadə məşhur politoloq Hikmət Hacızadənin oğludur.

Xatırladaq ki, saxlanılanların hüquqlarını qoruyanlar onların iyulun 8-də saat 19.00 radələrində Səbail rayonu ərazisində yerləşən “Lebanes” restoranında olarkən tanımadıqları şəxslərin hücumuna məruz qalaraq döyüldüklərini və nəticədə baş nahiyələrindən xəsarət aldıqlarını bildirirlər. Onların hadisə ilə əlaqədar Səbail RPİ-nin 9-cu polis bölməsinə müraciət etdikləri, lakin araşdırmadan sonra onların şübhəli şəxs qismində cəlb edildikləri deyilir.
Pərvin ABBASOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 643

Oxşar yazılar