Ölümə gedən… həyata dönən insan
Xalq rəssamı, Şöhrət ordenli, Prezident təqaüdçüsü Oqtay Sadıqzadədən söhbət düşəndə onun ədəbiyyata sevgisindən məxsusi danışmamaq mümkünsüzdü. Və onun söhbətləri rəhmətlik Mikayıl Abdullayevi mütləq yada salır. Mikayıl müəllimlə ünsiyyətdə olmuş, yaxınlıq eləmiş isanlar bilir ki, Azərbaycan rəssamları içərisində dilimizdə onun təki səlis, ifadəli, rəvan, yumşaq tembrdə danışanı çətin tapılardı. Bu səbəbdən bədii səpkili üç kitab qələmə alması təsadüfi deyil. Və nədənsə yeri behiştlik Mikayıl Abdullayevlə Oqtay Sadıqzadənin bir yerdə oxumasında da təsadüfilik görmürəm. Mənə elə gəlir, yazıçı Seyid Hüseynin və şairə Ümgülsümün ocağında dünyaya göz açan, körpə yaşlarından sirli-sehrli sözün cazibəsinə düşüb Şekspir, Flober, Balzak, Hüqo, Tolstoy, Dikkens, Rable, Cavid, Mirzə Cəlil, Sabir və daha neçə-neçə dühaların əsərlərini oxumaqdan doymayan Oqtayla ədəbiyyata təşnə Mikayıl Abdullayevin bir vaxtda, bir yerdə böyüməsi, sənət aləminə qədəm basması bir qanunauyğunluqdu. Tanrının əliylə bu iki insan sonradan da uzun illər sənətdə birgə addımladılar. Bu güncə Oqtay müəllimi Elmira Şaxtaxtinskaya kimi ömür-gün yoldaşının, Mikayıl Abdullayev kimi dostunun itkisi yandırır. Uşaqlığın sevincini doyunca dadmadan acı rüzgarla üz-üzə qalan valideynlərini, doğmalarını itirən, beşillik sürgün həyatı keçirən bir insanın bunca ağrılara dözməsi doğrudan da çətindi. «Ən pisi odur ki, həmdəmim yoxdu, tənhayam» deyən rəssamla ilk görüşümüz emalatxanada baş tutub. Qəribədi ki, sonralar da bizim üz-üzə gəldiyimiz yer ya sərgi salonları, ya da emalatxana olub. Bu səbəbdən Oqtay müəllimlə yenidən rastlaşarkən ünvanın dəyişməyəcəyini zənn edirəm. Niyəsini özüm də kəsdirmədən. Amma yox, həyatını bir an fəaliyyətsiz təsəvvürünə gətirməyən dünyagörmüş kişinin bəlli biçimdə, bəlli yerlərdə olması da bayaq söylənənlər təki, qanunauyğunluqdu.
Onunla söhbətlərimizin biri iş başında alınmışdı. Böyük Britaniya kraliçası II Yelizavetanın portreti önündə. Bu günsə rəssamı vəfasız qoyub gedənlərin sırasındadı kraliça. Amma II Yelizaveta ta buralarda gözə dəyməsə də, söhbətimizə körpü salmaq vəzifəsi onun «boynuna düşdü.»
-Kraliçanın portretini 2002-ci ildə çəkmişəm. O zaman bütün dünyanın tanıdığı bu məşhur xanımın taxta çıxmasının 50 illiyinə hədiyyə olaraq, rəhmətlik Heydər Əliyev sifariş vermişdi. Ancaq İngiltərədə baş verən hadisə, sonra da burada Heydər Əliyevin vəfatıyla əlaqədar portret sahibinə çatmadı. Mən Yelizavetanı görməmişdim. Onunla bağlı elə siz deyən məlumatım da yoxuydu. Çoxlu fotolar, materiallar tapdım. Yalnız bir fotoda çöhrəsi xoşuma gəldi. Yadınızdadısa, portretdə kraliça ayaq üstədi. Mən yalnız baş hissəsini fotoya əsasən yaratmışam. Qalanısa təxəyyüldü. O zaman əsər tamam olanda baxmaq üçün gəlib buradan prezidentin yanına apardılar. Rəhmətlik portreti xeyli süzdükdən sonra dedi ki, üzünün yanında sarımtıl fon vermisən, nahaq yerə, o bir az kölgə salır, nəzərə al. Doğrusu, onun iradı mənə qəribə gəldi. Sonra iş emalatxanaya qayıdanda özüm də başdan ayağa diqqətlə baxdım və iradın düzgünlüyünə inandım. Hətta, inandım bir yana, təəccüb qaldım. Çünki belə nüansları peşəkar rəssamlar, sənətə dərindən bələd insanlar bilir. Sözümün canı var: Heydər Əliyev sənəti duyan, sevən insanıydı. Onu uzun illər tanıyan şəxs kimi bunu qəti və səmimi deyirəm.
-Deyəsən, bu tanışlığın nəticəsiydi ki, Siz həm onun, həm də xanımının bir neçə portretini yaratmısız.
-Əlbəttə, tanışlıq və münasibət faktoru var. Hələ 1970-ci illərdən ona simpatiya bəsləmişəm. İlk tanışlığımızsa Heydər Əliyevin bir dəstə sənət adamlarıyla Cəlilabad rayonuna səfərində baş verdi. Bilirsiz, o çox məlumatlı, heç nəyi diqqətdən buraxmayan maraqlı şəxsiyyətiydi. Dəfələrlə onunla görüşüm olub. Təqribən on beş il əvvəl həyat yoldaşımın səhhətiylə bağlı problemlər ortaya çıxanda qayğısını əsirgəmədi. Mən də borclu qalmaq istəmədim. Minnətdarlığımı həmin portretlə bildirdim. Sizə bir şeyi də deyim. Heydər müəllim nəinki yaşca balacalara, özündən böyüklərə də «sən» deməyi xoşlayırdı. Mənnən də həmişə belə olub. Nədənsə axırıncı iki görüşdə mənə «siz»lə müraciət elədi. Qəribədi, səbəbini indiyəcən başa düşmürəm.
-Portretlə bağlı söhbətimiz yarımçıq qaldı. Bəs kraliça hara qeybə çəkilib?
-O özünə daha münasib yer tapıb. Ona görə ta buralar kraliçaya layiq deyil.
-Bəlkə darlıq eləyir deyəsiz. Yoxsa, fürsət düşüb, nəhayət ki, vətəninə gedib?
-Əsla. II Yelizaveta məndən cəmi bir neçə kilometr uzaqlaşa bilib. Yaxın günlərin söhbətidi, Azərbaycan Dövlət İncəsənət Muzeyi portreti alıb. Artıq sənədləşmə işləri başa çatıb.
-Demək, yaxınlarda kraliçanın hesabına az-çox nəsə qazanacaqsız. Neçə il gözləməyə dəyərmiş…
-Pul sənin cibinə düşməyincə, ondan danışmaq tezdi.
-«Başına gələn başmaqçı olar» - deyiblər. Ona görə belə şeyləri Siz daha yaxşı bilərsiz. Bunlar bir yana, muzeydən söz düşmüşkən, Azərbaycan Milli Ədəbiyyatı Muzeyini Sizin neçə-neçə əsərləriniz bəzəyir. Tematik tablolarınızın hüsnü aləmdi. Belə gümandayam ki, Oqtay müəllimi ora mənəvi tellər, sələf və varislik ənənələrinə sədaqət hissi bağlayır.
-Həqiqətən ədəbiyyat muzeyi mənim üçün doğma yerdi. Bu muzeyə dahi Nizaminin ruhunun dolaşdığı yer kimi baxıram. Muzeyin təməli qoyulandan orayla ünsiyyətdəyəm. 1939-cu ildə, rəssamlıq texnikumunu bitirəndə müəyyən tərtibat və təcrübi işlər üçün məni və bir neçə həmkarımı ora göndərmişdilər. Ondan qabaqsa muzey mühitini evimizdə görmüşdüm. Hüseyn Cavid, Abdulla Şaiq, Yusif Vəzir Çəmənzəminli, Cəfər Cabbarlı, Mikayıl Müşfiq, Salman Mümtaz, Süleyman Rüstəm kimi şair və yazıçılar qonağımız olardı. Nizaminin, Xaqaninin, Qətran Təbrizinin, Natəvanın və başqalarının həyatını əks etdirən əsərlərlə yanaşı, bayaq adlarını çəkdiyim sənətkarların da portretlərini yaratmışam. O gördüyüm sənət xadimlərinin obrazını yaratmaqla, sanki oğulluq borcumu verirəm. Ancaq deyim ki, tarixi-ədəbi mənzərəni canlandırmaq olduqca ağırdı. Konkret fotolar yox, onların nə zaman, harada, hansı şəraitdə bir yerdə olmaları bəlli deyil və sair. Tarixi-ədəbi qaynaqları öyrənməklə, əsas da təxəyyül hesabına çəkməli olursan. Elə əsər var neçə ay vaxt sərf edirsən. Bəzən məndən soruşurlar ki, bəs bu işlərin qonorarı necədi? Açığı zəhmətin, əziyyətin müqabilində azdı. Amma olan budu. Buna da bərəkət. Onsuz da içimdə yanğı var, o insanların surətini kətana köçürmək yanğısı. Bundan sonra gördüyün işə görə sənə pul da verirlərsə, ta nə problem (gülümsünür ).
-Neçə ildi eşidirəm ki, Oqtay müəllimin fərdi sərgisi açılacaq. Hanı bəs? Siz cavab verməmiş, bir şeyi özüm qeyd eləyim ki, bu sərginin özünüzə doğma saydığınız əbəbiyyat muzeyində baş tutmasını istəmişdiz. O vaxt muzey təmirdəydi, indii səbəb nədi?
-Bir müddət qabaq bu barədə söhbətlər oldu. Tələsməyə əsas görmürəm. Madam yubanıb, demək bir az da gözləmək mümkündü.
-Yəqin sərgini inşallah qarşıdakı yubileyinizə saxlayırsız…
-Hələ qabaqda bir il var. İnanmıram o vaxta qalam…(Bu sözləri laqeydcəsinə söyləyir).
-Niyə belə deyirsiz?
-Günü-gündən qocalıram, geri gedirəm. Sabaha çıxacağımı kim bilir?
-Ona qalsa, Sizin yarı yaşınıza çatmayan mən də sabah barədə xəbərsizəm… (Vəziyyətin suallar içində qarışdığını görüb, başqa şey soruşuram). Oğlunuz Altayın yaradıcılığına münasibətiniz necədi?
-O maraqlı dəsti-xəttə malik rəssamdı. Hər halda mənə elə gəlir.
-Bəs onun açdığı özəl müasir incəsənət muzeyi, maraq doğururmu?
-Şəxsən məndə, bəli. Düzdü ənənəvi mövzular, janrlar bura üçün xarakterik deyil. Orada Rafael dövrünün rəssamlığıyla müqayisədə necə deyim, diapazon dardı. Amma buna baxmayaraq maraqlı işlər var. Həmin muzeydə, beş-on yaş aşağı-yuxarı, bizim nəsil nümayəndəlinin əsərlərindən də ibarət guşə var ki, təvazökarlıqdan uzaq çıxmasın, bu da klassikayla tanışlıq imkanı yaradır.
-Qayıdaq keçmişə. Atanızın «xalq düşməni» hədəfi seçilməsinə səbəb nəydi? Axı gərək ki, o quruluşun əleyhinə yazan, danışan adam deyildi.
-Hələ repressiya 1937-ci il zirvəsinə çatmazdan çox qabaq, 1920-ci illərdə atam bir dəfə həbs olunmuşdu. Sonra də güllələnmə… Bilirsiz, o zaman heç dərindən fərqinə varan kim idi, suçun var, ya yox. Allah uzaq eləsin, kimin adı hardan, necə siyahıya düşdüsə, məhvi deməyiydi. Atamla yanaşı yaxın qohumumuz Məmməd Əmin Rəsulzadənin böyük oğluna və başqa doğmalarımıza «xalq düşməni» damğası yapışdırıldı. Anam uzaq şimala sürgün olundu. Yeddi il sürgün həyatından sonra cəmi dörd yaşadı. Onda mən sürgündəydim.
-Sürgün ali rəssamlıq təhsili almağa hazırlaşdığınız, Moskvada Tretyakov qalereyasında açılmış sərgidə ilk iştirakınızın uğurundan təzəcə xoşhal olduğunuz vaxtda yolunuzu kəsdi.
-Düz beş il Altay diyarında yaşamaq məcburiyyətində qaldım. Kənar şəhərlərdən təcrid olunmuş vəziyyətdə. Həbsxana rejimi deyildi, amma ciddi nəzarət altındaydıq. Yaxşı ki, rəssamlığım varmış, karıma gəldi. Müxtəlif cür şüarlar sifariş verilirdi, onları yazırdım. Az miqdarda maaş da ödənilirdi. 1946-cı ildə sürgündən qayıtdım. Valideynlərimin aqibəti, özümün başıma gələnlər təhsil almağıma maneçilik törətdi. Üstəlik maddi imkansızlıq, balaca bacı-qardaşımın qayğısı…
-Sonralar vəziyyətinizin yaxşılaşan, tanınan vaxtlarınızda içində yaşadığınız rejimə doğrudanmı sevgili münasibəniz varıydı?
-Heç zaman bunu rejimin qüsuru saymamışam. Bütün o keçmişə görə, ömrü boyu Stalini, Mircəfər Bağırovu günahlandırmışam. Əlbəttə, indiki məqamda, səksən doqquz yaşında o illərə boylanıb daha əhatəli təhlil eləyirəm. Tək başımıza gələn müsibətləri yox, bütün həyatımı…
Oqtay müəllim məni yola salandan sonra emalatxanada əsərlərlə, boyalarla başbaşa qaldı. Görünür bir müddət öncə rəng işini bitirdiyi, qucağında körpə tutmuş ana təsvirli «Onun taleyi necə olacaq» əsərinin kəm-kəsirini düzəltmək istəyirdi. Hərçənd rəsam bir «əmma»yla üz-üzəydi. Son vaxtlar ona vəfasızlıq edən gözü bu əsəri tamamlamağa imkan verəcəkmi? Bu sualın cavabındansa yalnız adıçəkilən əsərin yox, növbəti işlərin, rəssamlıq akademiyasındakı fəaliyyətin taleyi asılıdı. O akademiyadan ki, tədrisin tələblərinə görə, hər ilin sonunda ora bir əsər çəkib təhvil verir. Ən əsasısa, biliklərə yiyələnməyə gələnlər ali təhsili olmayan rəsam professorun sənətini, əməyini qiymətləndirir, ondan öyrənməyə ehtiyac duyurlar…
P.S. Oqtay Sadıqzadə 89 yaşını bitirdi. 90-a bircə addım qaldı. Təbrik edirik, inşallah yubileydə görüşərik, maestro!

860