Suriyada öldürülən vətəndaşlarımızdan birinin kimliyi bilindi
Suriyada müxalifətlə hökumət qüvvələri arasında baş verən toqquşmalarda öldürülən Azərbaycan vətəndaşlarından birinin kimliyi bəlli olub.
APA-nın öz mənbələrinə istinadən verdiyi məlumata görə, Bakı şəhər sakini Kəngərli Araz Ayrım oğlu bu ilin ortalarında bir qrup şəxslə birgə Suriyaya yola düşüb. A. Kəngərli burada müxalifətə yaxın silahlı birləşmələrdə yer alaraq, hökumət qüvvələrinə qarşı keçirilən hərbi əməliyyatlarda yaxından iştirak edib. Təxminən iki ay əvvəl isə döyüşlər zamanı həlak olub.
A. Kəngərlinin anası Larisa Kəngərli APA-ya açıqlamasında oğlunun Suriyada öldüyünü təsdiqləyib. L. Kəngərli bildirib ki, oğlu sentyabr ayında Suriya ərazisində ona məlum olmayan bölgədə gedən döyüşlərdə öldürülüb: “Onun ölüm xəbərini tanımadığım dostu evə zəng edərək xəbər verib. Mən ondan demək olar ki, imtina etmişdim. O, Allahın övladı idi. Bununla bağlı nə isə danışmaq istəmirəm. Çünki mənə çox ağırdır”.
L. Kəngərli oğlunun Suriyada harada dəfn olunduğu haqda ona məlumat verilmədiyini də qeyd edib.
Qeyd edək ki, 1974-cü il təvəllüdlü Araz Kəngərli cəmiyyətdə “vəhabi”lər kimi tanınan təriqətə mənsub olub və öz çevrəsində “Ömər” və ya “Əsədullah” adları ilə tanınıb.
Araz Kəngərli 2005-2008-ci illər ərzində müxtəlif müddətlərdə İranın Zahidan bölgəsindən Pakistana, oradan isə qanunsuz yolla Əfqanıstana keçərək orada fəaliyyət göstərən qanunsuz hərbi birləşmələrdə təlim keçib və döyüşüb. O, Əfqanıstanda “Taliban” hərəkatının tərkibində yaradılan “Türk camaatı”, “Özbək camaatı”, “Ceyşul-Mehdi” və başqa hərbi birləşmələrdə təlim keçərək əməliyyatlara qatılıb. Adıçəkilən şəxs Azərbaycana qayıtmaq üçün sənədləri qaydasında olmadığı üçün İran-Azərbaycan dövlət sərhədini qanunsuz keçən zaman Sərhəd Qoşunlarının hərbçiləri tərəfindən saxlanıb. Saxlanarkən onların “Əl Qaidə” terror təşkilatı ilə əlaqədə olduqları müəyyən edilib və işin araşdırılması üçün MTN-ə təhvil verilib.
Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin 12 oktyabr 2009-cu il tarixli hökmü ilə Pakistan və Əfqanıstanda qanunsuz silahlı birləşmələrdə ABŞ və ona müttəfiq olan qoşunlara qarşı döyüşlərdə iştirakda təqsirləndirilən 13 Azərbaycan vətəndaşı ilə birgə Araz Kəngərli də azadlıqdan məhrum edilib. Məhkəmə ona 2 il 6 ay həbs cəzası versə də, Şirvan Apellyasiya Məhkəməsi cəzanı 1 il 6 aya endirib.
Həmin vaxt o, Cinayət Məcəlləsinin 12.1 (Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər), 279.1 (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud əsgəri ləvazimatla təchiz etmə), 318.1 (Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə), 318.2. (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə) 228.1-ci maddələri üzrə (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) təqsirli bilinib.
Xatırladaq ki, Suriya hökuməti BMT Təhlükəsizlik Şurasına Suriya ərazisində terrorçuluq fəaliyyəti həyata keçirərkən öldürülmüş 143 əcnəbi vətəndaşın siyahısını təqdim edib.
Siyahıda Azərbaycan vətəndaşlarının da adının olduğu bildirilir.

3471