Bakı və Sumqayıtda 40 əcnəbi tutulub
Dövlət Miqrasiya Xidmətindən Lent.az-a verilən məlumata görə, miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlər ötən həftə ərzində də davam etdirilib.
19-23 noyabr 2012-ci il tarixlərdə DMX tərəfindən Bakı və Sumqayıt şəhərlərində qanunsuz miqrasiyaya qarşı müvafiq tədbirlər keçirilib. Keçirilən tədbirlər nəticəsində Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə zidd olaraq ölkə ərazisində etibarsız sənədlərlə yaşayan və fərdi icazə alınmadan əmək fəaliyyətinə cəlb edilən 40 əcnəbi aşkar edilərək barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339 və 340-1-ci maddələrinə uyğun müvafiq qərarlar qəbul edilib.

862