Millət vəkili və qardaşlarına qarşı 1 milyon dollarlıq iddia
12 noyabr 2012 15:05 (UTC +04:00)

Millət vəkili və qardaşlarına qarşı 1 milyon dollarlıq iddia

APA-nın məlumatına görə, deputat Rəfael Cəbrayılov, qardaşları Elşən Cəbrayılov, Rauf Cəbrayılov və digər qohumu Akif Amanəliyevin məhkəməyə verilməsi kredit müqaviləsi ilə bağlı olub.

Onları məhkəməyə “Bank Nikoil” verib. İddiada kredit müqaviləsi üzrə borcun ipoteka predmetinə yönəldilməklə ödənilməsi tələb olunub. “Bank Nikoil” iddia ərizəsində borcun ümumi məbləğini 879 618 min manat (1,1 milyon ABŞ dolları) göstərib. Binəqədi Rayon Məhkəməsi iddianı qismən təmin edib. Bakı Apellyasiya Məhkəməsi aktı qismən ləğv edib və yeni qətnamə qəbul edib.

İşə Ali Məhkəmədə baxılacaq.

Deputat Rəfael Cəbrayılov APA-ya açıqlamasında məlumatı təsdiqləyib: “Bu, sadəcə qardaşlarımla bank arasında olan mülki mübahisədir”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5571

Oxşar yazılar