Yevlaxda zəncirvari qəza: 4 yaralı
APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Yevlax rayonunun Yəldili kənd sakini Cavid Qurbanovun idarə etdiyi "VAZ-2107" markalı və Ağdam rayon sakini Mais Əsədovun idarə etdiyi "VAZ-21011" markalı avtomaşınlar oktyabrın 24-ü saat 12.30 radələrində Salahlı kəndi ərazisində toqquşub, sonradan eyni istiqamətdə hərəkətdə olan Aran qəsəbə sakini Vasif Mustafayevin idarə etdiyi "Mercedes" markalı və Mingəçevir şəhər sakini Niyaz Qənbərovun idarə etdiyi "VAZ-21061" markalı avtomaşınlar onlara dəyib.
Nəticədə xəsarət almış C. Qurbanov və onun sərnişini - Yəldili kənd sakini Aygün Quliyeva, habelə V. Mustafayev və onun sərnişini - Aran qəsəbə sakini Rəmziyyə Hacıyeva xəstəxanaya yerləşdirilib.
Yevlax Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Oxşar yazılar
Bakıda QƏZA: Xəsarət alan var
19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi
18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını vurub öldürdü
18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü
18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı
18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR
18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu
18 iyul 2025 , 19:23