Dövlət vəsaitini talayan vəzifəli şəxslər barədə cinayət işi açılıb
Qazax rayon Mədəniyyət və Turizm şöbəsinin vəzifəli şəxsləri barəsində cinayət işi başlanıb. Baş Prokurorluqdan Lent.az-a verilən məlumata görə, Qazax rayon Mədəniyyət və Turizm şöbəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Maliyyə Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində araşdırılıb.
Müəyyən edilib ki, Maliyyə Nazirliyi tərəfindən dövlət büdcəsindən ayrılan vəsaitlərin təyinatı üzrə xərclənməsi üzərində nəzarəti təmin etmək məqsədi ilə Qazax rayon Mədəniyyət və Turizm şöbəsində 2008-2012-ci illəri əhatə edən dövrdə dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə xərclənməsi vəziyyəti yoxlanılarkən müəyyən olunmuş normadan artıq ştat vahidlərinin saxlanıldığı, işçilərin əmək haqlarının aylıq
ödəniş dərəcələrinin düzgün müəyyənləşdirilmədiyi, istifadə olunmamış
məzuniyyətə görə hesablanmış kompensasiyaların işçilərə tam verilmədiyi
halda onun tam ödənilməsinin sənədləşdirildiyi, həmçinin aparılan
inventarlaşmalar zamanı çatışmamazlıqların olduğu aşkar olunub.
Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsində şöbənin vəzifəli şəxsləri barəsində Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanıb.

Oxşar yazılar
Bakıda QƏZA: Xəsarət alan var
19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi
18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını vurub öldürdü
18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü
18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı
18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR
18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu
18 iyul 2025 , 19:23