Bakıda quldurlar iş adamının külli miqdarda pulunu apardılar
14 avqust 2012 12:09 (UTC +04:00)

Bakıda quldurlar iş adamının külli miqdarda pulunu apardılar

Avqustun 14-nə keçən gecə Bakıda quldurluq hadisəsi baş verib. Nizami rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, gecə saatlarında naməlum şəxslər bir neçə avtomobillə Mingəçevir şəhər sakini 1960-cı il təvəllüdlü Orucov Qəhrəman Qurban oğlunun idarə etdiyi “VAZ 2106” markalı, 10 ER 299 nömrə nişanlı avtomobilin qarşısını kəsib. Q.Orucovu xeyli təqib edən həmin şəxslər Bakı Lokomotiv Deposunun qarşısında əlverişli şərait yaranan kimi hücuma keçiblər. Onlar Q.Orucova hədə-qorxu gələrək, maşındakı 35 min manatı götürüb, aradan çıxıblar.

Qeyd edək ki, zərərçəkmiş Q.Orucov Bakıda yerləşən yanacaqdoldurma məntəqələrindən birinin sahibidir.

Q.Orucova qarşı quldurluq etmiş şəxslərin öz əməllərini əvvəlcədən planlaşdırdığı bildirilir.

Hazırda fakt üzrə əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5048

Oxşar yazılar