Bakıda dəhşət: avtobus qadının üstündən keçdi
14 avqust 2012 10:17 (UTC +04:00)

Bakıda dəhşət: avtobus qadının üstündən keçdi

Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Ziya Bünyadov prospektindən Atatürk prospektinə dönən yolda, Ayna Sultanova heykəlinin yaxınlığında iritutumlu sərnişin avtobusu piyadanı vurub.

Məlumata görə, 211 saylı xətt üzrə hərəkət edən “Otoyol” markalı, 10 TL 015 nömrə nişanlı avtobus paytaxt sakini Rüstəmova Hənifə Qurban qızını vurub. Avtobus sürətlə hərəkət etdiyindən qadın qəzadan yayına bilməyib və nəqliyyat vasitəsinin altında qalıb. H.Rüstəmova hadisə yerindəcə keçinib.

Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8135

Oxşar yazılar