Regionda Beynəlxalq Gənclər Günü qeyd olunub
Gənclər üçün Təhsil Mərkəzi və onun Mingəçevir Regional ofisi tərəfindən Beynəlxalq Gənclər Günü münasibəti ilə bir sıra təntənəli tədbirlər keçirilməkdədir.
Bu gün Mərkəzin təşkilatçılığı ilə Nabran istirahət zonasında müxtəlif 50 nəfər fəal gəncin iştirakı ilə mərasim keçirilib.
Mərasimin rəsmi hissəsində çıxış edənlər Beynəlxalq Gənclər Gününün əhəmiyyətini vurğulayaraq, bu tədbirlərin Azərbaycan gənclərinin də beynəlxalq aləmə inteqrasiya olunması işinə töhfə verdiyini, gənclərimizin beynəlxalq aləmdə nüfuzunu artırdığını, beynəlxalq gənclər hərəkatlarına qoşulmağını və s. uğurları dəstəklədiyini qeyd ediblər.
Daha sonra müxtəlif şəhər və rayonlardan gəlmiş gənclər mədəniyyət, incəsənət, idman, elm, təhsil, texnologiya, iqtisadiyyat və s. sahələrdə öz istedadlarını və qazandıqları uğurları nümayiş etdiriblər. Təşkilatçılar tərəfindən onlara qazandıqları uğurlara görə diplom və hədiyyələr təqdim olunub.
Rəsmi hissənin sonunda iştirakçıların diqqətinə çatdırılıb ki, Azərbaycanın da müxtəlif beynəlxalq günlərdə fəallıq göstərdiyini nümayiş etdirmək məqsədilə bu tədbir haqqında BMT-nin katibliyinə məlumat veriləcək və Ermənistanın işğalçılıq siyasəti nəticəsində on minlərlə gəncimizin hələ də öz yurd-yuvalarından didərgin düşməsinə beynəlxalq ictimaiyyətin göz yumması bildiriləcək.
Mərasim bədii hissə ilə davam etdirilib.
Qeyd edək ki, 12 avqust Beynəlxalq Gənclər Günüdür. Bu tarix 8-12 avqust 1998-ci ildə Lissabon şəhərində keçirilmiş Gənclər nazirlərinin I toplantısında qəbul edilib. Bu münasibətlə bir neçə gün öncədən başlayaraq dünyanın müxtəlif ölkələrində təntənəli mərasimlər təşkil olunur və gənclərin cəmiyyətimizdə oynadığı rol dünya ictimaiyyətinə təşviq edilir.

Oxşar yazılar

Şəkidə 87 yaşlı kişi faciəvi şəkildə öldü
12 iyul 2025 , 09:38
Rusiyada aeroportda ƏMƏLİYYAT: iki azərbaycanlının malları əllərindən alındı
12 iyul 2025 , 09:35
Nadir Yalçına ağır itki
12 iyul 2025 , 09:16
İsmayıllıda zəlzələ oldu
12 iyul 2025 , 08:42
İctimai fəal Anar Abdullayev həbs edildi
12 iyul 2025 , 01:42
Şirvanda 23 yaşlı gənci bıçaqladılar
11 iyul 2025 , 21:25
Ermənilərin əsir və girov saxladığı şəxslər ifadə verdi - MƏHKƏMƏ
11 iyul 2025 , 21:18