Güneydən açıqlama: “Torpaq altında qalanları özümüz axtarırıq”
“İranın Şərqi Azərbaycan vilayətində zəlzələ nəticəsində dağıntıların altında qalan insanları xilasetmə tədbirləri sona çatıb”.
APA-nın İranın “Şəbəkə Xəbər” televiziyasına istinadən verdiyi məlumata görə, bu barədə İranın Qızıl Aypara Cəmiyyətinin rəsmisi Əhmədrza Şəcii açıqlama verib.
O bildirib ki, dağıntı baş verən ərazilərdə torpaq altında heç kim qalmayıb. Ə.Şəcii əlavə edib ki, zəlzələ gecə saatlarında baş versəydi, insan tələfatı daha çox olardı: “ Hadisə gündüz vaxtı baş verib. Ona görə də çox adam bayırda, əkin sahələrində olub”.
Lakin Şərqi Azərbaycanda yaşayan soydaşlarımızın APA-ya verdiyi məlumata görə, Heris şəhərinin zərər dəymiş bir çox kəndinə hələ də yardım edilməyib və dağıntıların altında qalan insanlar var: “ Bəzi yerlərdə xilasetmə işləri dayandırılsa da, əhali özü torpaq altında qalan qohumlarını axtarmağa davam edir. Əhərin və Vərziganın dağ kəndlərinə yardım göndərilməyib. İnsanlar özləri xilasetmə işlərini görürlər. Lazımi texnika və peşəkar xilasetmə dəstələri olmadığı üçün işlər çox ləng, yalnız əhalinin öz gücünə davam edir. Tək Qarabulaq və Kənarə kəndlərində 120 nəfərdən çox insan ölüb”.
Yerli sakinlərin bildirdiyinə görə, təxmini hesablamalar 1500-dən çox insan tələfatından xəbər verir: “ Elə kəndlər var ki, hələ də su, qida və dərman göndərilməyib. Tibbi yardıma, qana, suya , qidaya və ədyala ciddi ehtiyac var”.
Qeyd edək ki, avqustun 11-də İranda saat 16:00 radələrində episentri Vərzigan olmaqla Azərbaycan vilayətlərinin Təbriz, Əhər, Heris, Ərdəbil və Urmiya şəhərlərində 6.2 bal gücündə zəlzələ baş verib. İlk zəlzələdən sonra 20-dən çox 4 bal gücündə yeraltı təkanlar qeydə alınıb. Ən çox tələfat Əhər, Heris və Vərzigan şəhərlərindədir. Bu şəhərlərə aid 60 kəndin 80%-nə ciddi ziyan dəyib, Herisin Bacabac və Çobandar kəndləri tamamilə yerlə yeksan olub.

2689