Öldü, qapısını xilasedicilər açdı
12 avqust 2012 20:58 (UTC +04:00)

Öldü, qapısını xilasedicilər açdı

Bakının Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında köməksiz qalmış şəxs keçinib.

Lent. az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə daxil olmuş məlumatda Binəqədi rayonunda mənzildə bağlı qapı arxasında 1 nəfərin köməksiz vəziyyətdə qaldığı bildirilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlarla qapını açıblar.

Mənzilə baxış keçirilərkən, 1940-cı il təvəllüdlü Babayev Oqtay Yunis oğlunun vəfat etdiyi məlum olub.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1579

Oxşar yazılar