İran saytından ŞOK xəbər: 12 kənddə 6000 adam ölüb!
İran İslam Respublikası Məsləhət Şurasının katibi Möhsün Rzayiyə bağlı tabnak.ir saytı ölkə ərazisində baş vermiş zəlzələ barədə şok fakt yayımlayıb. Saytın yazdığına görə, zəlzələnin mərkəzi sayılan Vərziqan şəhərinin icra başçısı Məhərrəm Firuqi sensasion sayıla biləcək açıqlama verib. Firuqi bildirib ki, zəlzələ nəticəsində Vərziqanın 12 kəndi tam şəkildə dağılıb. Bu kəndlərin hər birində isə 900-1000 nəfər sakin yaşayırmış. Başçının dediyinə görə, zəlzələdən sonra həmin kəndlərin ümumi əhalisinin yarısı itkin düşüb. Bu isə təxminən 6000 nəfərin dağıntılar altında qalaraq həlak olması deməkdir.
Elə buradaca xatırladaq ki, İran daxili işlər nazirliyinin böhran komitəsinin başçısı Həsən Qədəmi zəlzələ nəticəsində ölənlərin sayının 250 nəfər olduğunu bildirmişdi.
Qeyd edək ki, “tabnak.ir” saytının sahibi Möhsün Rzayi, İranın keçmiş prezidenti Əli Əkbər Haşimi Rəfsəncaninin yaxın adamı sayılır və indiki hökumətə müxalif mövqeyi ilə seçilir.
Sayt yazır ki, ötən gecə əhya gecəsi olması səbəbilə məscidlərdə gecələyən insanlara hakimiyyət təmsilçilərinin zəlzələ fəlakətini unudaraq, insanları daha çox “Suriya müqaviməti üçün dua etməyə” çağırırmışlar.
“Tabnak.ir” yazır ki, rəsmi qəzetlər və telekanallar da hadisəni zəif işıqlandırıb, bəziləri isə hətta görməzliyə vurub. Ölkənin aparıcı qəzetlərindən olan “Risalət”in manşet xəbəri belə olub: “Türkiyə Suriyadakı terrorçuların təşkilat mərkəzidir”. “Keyhan” qəzeti də təbii fəlakətdən “daha vacib” başlıq atıb: “Suriya müqaviməti əleyhinə Qərbin yeni siyasəti”...
“Tabnak” saytının yazdığına görə, zəlzələdən 15 dəqiqə sonra ABŞ başda olmaqla, dünyanın bütün ölkələrinin seysmoloji mərkəzləri təkanların gücü barədə rəsmi açıqlama verdilər. İran rəhbərliyi isə bu məsələdə də hamıdan gec davrandı
Saytın yaydığı başqa bir məlumata görə, Türkiyədən İran xalqına başsağlığı verildiyi və yardım üçün müraciət edildiyi halda, rəsmi Tehran əhaliyə yalnız başsağlığı barədə məlumatı çatdırıb.
Vərziqandan olan deputat isə deyib ki icra başçısı yerli olmadığı üçün əhalinin vəziyyətinə laqeyd münasibət bəsləyir: “Belə başçılar göylə gəlib göylə gedərlər”. Onun sözlərinə görə, indi təbii fəlakətdə zərər çəkənlərin ehtiyacı ən çox çadıra, yataq ləvazimatlarına və ərzağadır.
Qeyd edək ki, Azərbaycan Milli Hərəkatının fəalları bu gündən başlayaraq, 3 gün matəm elan ediblər.
Sədrəddin Soltan

7017