İrandakı zəlzələ Azərbaycanda 4.5-2 bal gücündə hiss olunub
Azərbaycan Milli Elmlər Akademiyasının Seysmoloji Xidmət Mərkəzi İranda baş vermiş və Azərbaycanda hiss edilən zəlzələ ilə bağlı məlumat yayıb.
Mərkəzdən APA-ya daxil olan məlumata görə, zəlzələ İranın Təbriz şəhərindən 56 km şimali-şərqdə yerli vaxtla saat 17:23-də 6.2 baş gücündə baş verib. Daha sonra saat 17:30-da 6.2, 17:34-də 6.6 və 17:49-da 6.2 magnituda gücündə zəlzələ qeydə alınıb.
Zəlzələ Azərbaycanın əksər yaşayış məntəqələrində 4.5 baldan 2 bala qədər hiss olunub. Bu rayonlar Lənkəran, Astara, Masallı, Lerik, Cəlilabad, Salyan, Bərdə, Yevlax, Mingəçevir və digər yaşayış məntəqələridir.
Azərbaycan ərazisində insan təlafatı yoxdur.

2380