“Xruşovu devirən məktub” Xaçmazda tapılıb - FOTO
11 avqust 2012 13:39 (UTC +04:00)

“Xruşovu devirən məktub” Xaçmazda tapılıb - FOTO

Xaçmaz rayonunun Qarabağlılar kəndində əhalini dini itaətə çağıran vərəqə-məktub meydana çıxıb. Gecə zamanı müxtəlif həyətlərə atılan bu məktubda insanları dini ayinlərin icrasına və bununla yanaşı həmin müraciətin çoxaldılaraq paylanmasına sövq edən kəlmələr yer alıb. Əlyazma ilə yazılan bu vərəqədə həmçinin iddia olunur ki, məktubun əsli Böyük Britaniyada olsa da, mətni çoxaldılaraq dünyanı 444 dəfə fırlanıb. Məktubun paylanmasına isə 1854-cü ildən başlanıldığı bildirilir. Həmçinin məktubun çoxaldılaraq paylanmasının xeyirli olduğunu təlqin etmək üçün maraqlı “nümunələr” də xatırladılır. Belə ki, vərəqədə yazıldığına görə, dünyanın məşhur adamlarından yazıçı Artur Konan Doyl və müğənni Alla Puqaçova da məhz bu məktubun “köməyindən” istifadə etməklə uğur qazanıblar. Bu “sirli məktuba” laqeyd yanaşaraq “uğursuzluqlara” düçar olanların sırasında isə köhnə Sovet rəhbərlərindən Xruşovun adı çəkilir. Bildirilir ki, adıçəkilən məktub 1954-cü ildə Xruşovun bağına atılıb. Məktuba ciddi yanaşmayaraq bir kənara tullayan Xruşov “məhz bu səbəbdən” 4 gün sonra devrilib.

Artıq yerli əhali baş verənlərlə bağlı hakimiyyət strukturlarını məlumatlandırıblar. Xaçmaz Rayon Polis Şöbəsinin rəis müavini Misir İmaməliyev Lent.az-a bildirib ki, baş verənlərlə bağlı araşdırma aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 13433

Oxşar yazılar