Dünya bu gün
11 avqust 2012 08:00 (UTC +04:00)

Dünya bu gün

1473. Ağqoyunlu Uzun Həsənin qoşunu ilə Osmanlı hökmdarı Fatih Sultan Mehmetin qoşunu arasında Otluqbeli döyüşündə (Ərzincan) Uzun Həsən məğlub olub

1818. Rus ixtiraçı İvan Kulıbin anadan olub

1919. ADR parlamenti Azərbaycan vətəndaşlığı haqqında qanun qəbul edib

1920. Sovet Rusiyası və Litva arasında Riqa sazişi imzalanıb. Sazişə əsasən Rusiya bu ölkənin müstəqilliyini tanıyıb

1922. Azərbaycan SSR MİK sədri Səməd ağa Ağamalıoğlu Leninlə görüşündə yeni əlifbaya keçmək sahəsində görülən tədbirlər, respublikanın ictimai, siyasi və iqtisadi vəziyyəti haqqında məlumat verib

1929. İran və İraq arasında dostluq sazişi imzalanıb

1954. Vyetnam və Fransa arasında sülh sazişi imzalanıb

1959. Moskvanın Şeremetyevo aeroportu istismara verilib

1960. Çad müstəqilliyini elan edib

1992. Ankarada Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Türkiyə Respublikası Xarici İşlər Nazirliyi arasında əməkdaşlıq və məsləhətləşmələr haqqında Protokol imzalanıb

1993. Ramil Usubov Naxçıvan Muxtar Respublikası daxili işlər naziri təyin edilib

1999. 20-ci əsrdə sonuncu dəfə tam Günəş tutulması baş verib. Tutulma Azərbaycan ərazisində də aydın müşahidə olunub.

Günün aforizmi

“Biz bilirdik ki, indi olmasa da sabah, ya biri gün qırmızı süngü burada olacaq. Belə də oldu. Biz sovet hakimiyyətini hazır formada aldıq. Onu bizə boşqabda gətirdilər”.

Həmid Sultanovun AKP-nin II qurultayındakı nitqindən
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 826

Oxşar yazılar