Ağcabədidə 2 nəfər özünü öldürüb
10 avqust 2012 11:50 (UTC +04:00)

Ağcabədidə 2 nəfər özünü öldürüb

Lent.az-ın məlumatına görə, Muğanlı kənd sakini 1990-cı il təvəllüdlü Quliyev Rəsul Elman oğlu kimyəvi məhlul içərək intihar edib.

Rayon sakini 1938-ci il təvəllüdlü Həsənova Şükufə Əhməd qızı da intihar edib. Belə ki, bir neçə gün əvvəl dünyasını dəyişmiş qadının oğlu polisə müraciət edərək anasının ölümü ilə bağlı şübhələrinin olduğunu bildirib. O, bildirib ki, anası öz əcəli ilə ölməyib və məsələ araşdırılmalıdır. Bundan sonra prokurorluğun nümayəndələrinin iştirakı ilə meyit eksqumasiya edilib və ekspertizaya göndərilib. İlkin araşdırmalar nəticəsində qadının intihar etməsi müəyyən edilib.

Hər iki faktla əlaqədar cinayət işi başlanılıb, araşdırma aparılır.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 516

Oxşar yazılar